Milli Demokratiya Fondu MDF-in Avrasiya bölməsi üçün Proqram Əməkdaşı iş yeri üçün vakansiya elan edir. İş yeri Vaşinqton DC-də yerləşir.Proqram Əməkdaşı regional direktor və proqram personalı ilə MDF-in Avrasiya qrant proqramı nın inkişaf və idarə edilməsi,
MDF-in Rusiya, Mərkəzi Asiya və Qafqaz strategiyasının inkişafı, regionda həyata keçirilən layihələrin nəzarət və qiymətləndirilməsi üzrə fəaliyyət göstərəcək. Öhdəliklərə rüblük olaraq qrant layihələrinin qiymətləndirilməsi və MDF-in İdarə Şurasına təqdim olunması, potensial yeni qrantların idarə və inkişaf etdirilməsi üçün regiona müntəzəm səyahətlərin edilməsi, mövcud qrantların həyata keçirilməsinə yardım və nəzarət etmək, münasib daxili və xarici görüşlərdə iştirak, regionda siyasi və 3-cü sektor inkişafı məsələlərinin izlənməsi və regionda fəaliyyət göstərən əlaqəli təşkilatlar ilə əməkdaşlıq yaratmaq aiddir. İddiaçılar CV, motivasiya məktubu, iddia etdikləri əmək haqqı və əlaqə vasitələrini mövzu bölməsində adı, Proqram Əməkdaşı və Eurasia - Job #1023 qeyd etməklə jobs@ned.org elektron ünvanına göndərməlidirlər. ( www.ned.org ). Resurs.az Hazırladı: Turac Məmmədova
|