“Savab Dünyası” Azərbaycan Talassemiya Assosiasiyası ölkə ictimaiyyətinə müraciət edib. “Media forum” saytının məlumatına görə, müraciətdə bildirilir ki, havalar isti keçdiyindən donor qanı ilə bağlı ağır vəziyyət yaranıb, daim donor qanına ehtiyacı olan insanlar (talassemiyalı, leykemiyalı, hemodializ pasiyentlər) donor qanı tapa bilmir.
Müraciətdə deyilir: “Heç kəs arxayınlıqla deyə bilməz ki, bu mənə nə vaxtsa lazım olmayacaq! Hər birimiz donor qanına ehtiyac duya bilərik. Hər damla qan həyat hədiyyəsidir. Qan bankına gəlin, Allah yolunda, insanlıq naminə ehtiyacı olan insanlara qan verin. Unutmayın ki, qan verməyə bir saat ayrılan vaxt - bir həyata bərabərdir”. Qan bankının ünvanı: Bakı şəhəri, Mirəli Qaşqay küç. 87. Əlaqə telefonları: (012) 441-66-52 ; (012) 440-65-86.
|