Bu gün klublarımızın Avropa Kuboklarında mübarizəsinə start verilir. İlk olaraq təmsilçilərimiz UEFA Avropa Liqasında mübarizəyə başlayırlar. “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda Makedoniyanın
“Metallurq” klubunu qəbul edəcək. “Xəzər Lənkəran” isə Moldovada sınağa çıxacaq. Cənub təmsilçinin rəqibi “Olimpiya”klubu olacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Xatırladaq ki, bu klublar arasında cavab qarşılaşmaları bir həftə sonra baş tutacaq.
|