Axtarış: 
“Azərbaycan Xalqı. Soyqırım Qurbanları” Muzeyinin yaradılması mövzusunda tədbir keçirilib
+  -  Çap 
Yerləşdirilib: 01.07.10 | Baxılıb: 116
Bu gün “Azərbaycan Xalqı. Soyqırım Qurbanları” Muzeyinin yaradılması mövzusunda tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbirdə “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin (MQTİB) sədri Elşən Məmmədov, muzeyin yaradılması ilə bağlı layihənin işçi qrupunun rəhbəri Etibar Məmmədov və təşkilatın başqa üzvləri də iştirak edib.

Tədbiri giriş sözləri ilə açan Elşən Məmmədov bildirib ki, “Azərbaycan Xalqı. Soyqırım Qurbanları” telemarafonun keçirilməsində məqsəd hər bir Azərbaycan vətəndaşının bu muzeyin yaradılmasına və fəaliyyət göstərməsinə cəlb etməkdən ibarətdir. Ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərdən danışan E.Məmmədov deyib ki, təkcə erməni terrorçusu Andranik Ordubadda 1500 Azərbaycanlını qətlə yetirib: “XIX-XX əslərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda genişmiqyaslı soyqırım cinayətləri törədiblər. Bunun nəticəsində iki əsr ərzində 4 milyondan artıq azərbaycanlı həlak olub, xəsarət alıb, yurdundan didərgin düşüblər. Erməni qansızları 73 azərbaycanlı körpəsini doldurduğu borunun ağzını qaynaq edərkən içlərində erməni dlində “ana” deyən bir körpəni həmin borudan son anda azad ediblər. Bu da ermənilərin törətdiyi vəhşiliyin nümunəsidir. Lakin beynəlxalq aləmdə bu cinayətlər haqqında kifayət qədər məlumatların olmaması ucbatından, bunların beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməməsi göz qabağındadır”.

MQTİB-nin sədri Muzeyin Azərbaycan xalqının tapdalanmış hüquqlarının bərpası istiqamətində atılacaq mühüm addım olacağını və bu telemarafonda iştirak etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğunu vurğulayıb. Daha sonra muzeyin iş fəaliyyəti haqda məlumat verən Elşən Məmmədov telemarafonda 9 işçi qrupunun, ssenari müəllifinin olduğunu və toplanılacaq vəsait haqda ayda ən azı 3 dəfə mətbuata açıqlama veriləcəyini deyib.

Daha sonra çıxış edən layihənin işçi qrupunun rəhbəri Etibar Məmmədov bildirib ki, muzey gənclərin fikirlərində Soyqırımın aşılanmasında, keçmişimizin təbliğ olunmasında əsas rol oynayır.
Hazırladı:Turac Məmmədova




Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo