Axtarış: 
Azərbaycan polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
+  -  Çap 
Yerləşdirilib: 01.07.10 | Baxılıb: 131
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 2009-2010-cu tədris ilinin buraxılışına və Azərbaycan polisinin yaranmasının 92-ci ildönümünə həsr olunmuş mərasim keçirilib.
Akademiya rəisi Ramiz Nağıyev tədbirdə çıxış edərək deyib ki,
tədris ilində akademiyanı əyani şöbə üzrə 116, qiyabi şöbə üzrə isə 145 məzun bitirir.

Daxili işlər nazir Ramil Usubov çıxışında Azərbaycan polisinin ölkə həyatında oynadığı roldan, dövlətə sədaqətlə xidmət etdiyindən danışıb.

"Prezident İlham Əliyevin Azərbaycanın qüdrətlənməsi istiqamətində həyata keçirdiyi tədbirlər daxili işlər orqanları sistemində fəaliyyətin beynəlxalq standartlar səviyyəsinə yüksəlməsində əhəmiyyətli rol oynayır", - nazir deyib.

Nazir bildirib ki, dövlət çevrilişinə cəhdlərin və terror aktlarının qarşısının alınmasında, qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələrin və quldur dəstələrinin ləğv edilməsində, əllərdə qanunsuz saxlanılan odlu silahların yığılmasında daxili işlər orqanlarının əməkdaşları ölkənin hüquq-mühafizə orqanları ilə çiyin-çiyinə qətiyyət nümayiş etdirdilər.

Usubov əməkdaşların ən yüksək tələblərə cavab verən şəraitdə, xalqın və dövlətin maraqlarına uyğun səmərəli fəaliyyəti üçün hər cür imkanlar yaradıldığını və bu sahələrdə işin davam etdirildiyini deyib.

Müdavimlərin beş il Polis Akademiyasında mükəmməl təhsil aldıqlarını, müxtəlif biliklərə yiyələndiklərini nəzərə çatdıran nazir, bu bilik və vərdişlərin praktikada uğurlu tətbiqinə, Azərbaycan polisinin gələcəyi olan məzunların daxili işlər orqanlarının ən yaxşı ənənələrini davam etdirəcəklərinə əminliyini bildirib.

Usubov deyib ki, son illər Azərbaycanda odlu silahla törədilən cinayətlərin sayı 7 dəfə azalıb.

Nazir əhalidən odlu silahların yığılması səviyyəsinin yüksəldiyini deyib.

Tədbirdə məzunlar rütbələr və mükafatlarla təltif olunublar. Daha sonra məzunların təntənəli keçidi olub. Trend.az

Hazırladı: İlkin Muradov



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo