Bu gün Piter Semnebinin rəhbərlik etdiyi Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndə heyəti Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüb. Mərkəzi Seçki Komissiyasından Milli.Az xəbər portalına verilən məlumata görə,
görüşdə P. Semnebi qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə və qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə edib. O, Azərbaycanın gənc demokratik dövlət olduğunu vurğulayaraq, Avropa İttifaqının bu inkişafın davamına yardım etməyə hazır olduğunu deyib. Qonaqlar Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn seçkilərə hazırlıqla bağlı həyata keçridiyi tədbirlərlə maraqlanıbar. MSK sədri Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı nümayəndə heyətinə məlumat verib və seçkilərin ölkənin seçki qanunverciliyinə, Avropada formalaşmış standartlara uyğun keçiriləcəyini bildirib. Hazırladı: İlkin Muradov
|