Axtarış: 
ETİMAD ƏSƏDOV: “ŞURA QHT-lərin İNKİŞAFINA XİDMƏT EDİR”
+  -  Çap 
Yerləşdirilib: 06.07.10 | Baxılıb: 263
525-ci qəzet// Bir neçə gün əvvəl “Freedom House” təşkilatı “2010-cu ildə keçid dövründə olan dövlətlər” adlı hesabatını açıqlayıb. Hesabatın Azərbaycana dair hissəsində QHT-lərə də yer ayrılıb və iddia olunur ki, üçüncü sektorun dövlətdən asılılığı artıb. “QHT-lərə Dövlət Dəstəyi Şurası mülki vətəndaş cəmiyyəti qruplarına maliyyələşməni artırıb. Bu yolla da onların dövlətdən asılılığını artırıb”,-deyə vurğulanır.

Xatırladaq ki, AŞPA-nın yay sessiyasında komissar Tomas Hammarberqin Azərbaycana dair açıqladığı hesabatda da hakimiyyəti QHT-lərin fəaliyyətinə ciddi nəzarətdən çəkinməyə çağırıb. “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Etimad Əsədov isə 525-ə açıqlamasında hər iki hesabatla tanış olduğunu və onları qərəzli hesab etdiyini deyib. “Azərbaycanda QHT-lər indiyə qədər çox çətin vəziyyətdə idilər. Xüsusilə, beynəlxalq təşkilatlar Qarabağ müharibəsi, münaqişədən əziyyət çəkən insanların problemlərinə dair sahələrə qrant ayırmırdılar. Şura öz dövlətimiz tərəfindən yaradılmış bir qurumdur və bu qurum Azərbaycanda milli QHT-lərin fomalaşmasına, inkişafına, əməkdaşlığına xidmət edir”. Əsədov deyib ki, onların üç ildir layihələri Şura tərəfindən maliyyələşir və heç bir asılılıqdan söhbət gedə bilməz: “Qanuna uyğun formada layihəmizi yazıb veririk və qanuna uyğun şəkildə də maliyyə vəsaiti ayrılır. Biz layihəni layiqincə yerinə yetirib vaxtlı- vaxtında hesabatımızı aidiyyətli orqanlar qarşısında veririk, heç bir problemimiz, asılılığımız da yoxdur”. Əsədov xatırladıb ki, bir ay əvvəl Azərbaycanda fəaliyyət göstərən bəzi QHT-lər Qarabağ müharibəsi, şəhid ailələri, Qarabağ veteranları, müharibə əlilləri, qaçqınlarla bağlı layihələri tənqid atəşinə tutmuşdular. “Hansı ki vaxtilə biz bu sahələrlə bağlı Azərbaycanda fəaliyyət göstərən səfirliklər, Soros Fondu və digər beynəlxalq təşkilatlara müraciət etmişdik və ögey münasibətlə qarşılaşmışdıq. Müharibə insanları kimi heç bir layihəmizi qəbul etmirdilər. Mənə elə gəlir ki, bu hücumlar sifarişlə həyata keçirilir. Yəni bəzi yerli QHT-lərin ardınca beynəlxalq təşkilatlar hücuma keçib, qərəzli hesabatlar hazırlayırlar. Bunu düşünülmüş plan adlandırıram. Çünki bütün Avropada, Qərbdə Qarabağ problemi ilə bağlı ermənilərə dəstək verilir. Sözdə Azərbaycan torpaqlarının işğal olunduğunu deyirlər, amma dolayısı ilə Ermənistanı dəstəkləyib, onu işğalçı dövlət kimi qəbul etmirlər”. Əsədov düşünür ki, Qarabağa dair fəaliyyət göstərən təşkilatların maliyyələşməsi, fəaliyyətinin genişlənməsi Azərbaycan xalqının milli mənafeyinə uyğundur, və bu vətənpərvərliyə xidmət edir. Bəzi yerli QHT-ləri və beynəlxalq qurumları da bu narahat edir və ona görə də Qarabağla bağlı fəaliyyət göstərən QHT-lərin maliyyələşməsinə qısqanclıqla yanaşırlar. “Hesab edirəm ki, bəzi beynəlxalq qurumlar casus şəbəkəsi yaradıblar və Azərbaycandakı müəyyən QHT-ləri də təsir dairələrinə salıblar, onlara maliyyə yardımı ayırırlar, əvəzində isə həmin QHT-lər bizə hücuma keçirlər. Məhz bu cür qərəzli hesabatlar da o QHT-lərin göndərdikləri qərəzli məlumatlar əsasında hazırlanır. Əgər beynəlxalq təşkilatlar obyektivdirlərsə, doğrudan da insan haqlarını, demokratiyanı müdafiə edib, vətəndaş cəmiyyətinin ikişafını istəyirlərsə, o zaman birtərəfli informasiya almaqdan çəkinməlidirlər. Belə olarsa həmin təşkilatlar obyektivliklərini sübut edə bilərlər. Amma bu gün biz bunun tam əksini müşahidə etməkdəyik”.
P.SULTANOVA


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo