Axtarış: 
Öz dairəsində QHT-lərlə əməkdaşlıq etməyən deputat(lar) qınandı
+  -  Çap 
Yerləşdirilib: 12.07.10 | Baxılıb: 300
Bakı Xəbər qəzeti// Adətən seçki prosesində namizəd olan şəxslər əhalinin daha çox etimadını qazanmaq üçün genişmiqyaslı təbliğat kampaniyası aparır. Onların təbliğat-təşviqat kampaniyasında ictimai qurumlarla əməkdaşlıq geniş yer alır. Namizədlər seçki öncəsi təbliğat günlərində ətrafına böyük elektorat toplamaq üçün hər vasitəni işlək formaya gətirməyə çalışır. Xüsusilə də seçildikləri dairənin yerli nümayəndələrilə sadə vətəndaşlarla ərazidə fəaliyyət göstərən QHT-lərlə keçirdikləri mütəmadi görüşləri nəzərə alsaq yuxarıda deyilən fikirlərin heç də təsadüfi olmadığının şahidi olarıq. Əsl həqiqətdə millət vəkillərinin sonradan QHT-lərlə qeyri-aktiv əməkdaşlığının bir çox qaranlıq məqamları ictimaiyyəti düşündürür. Məsələyə münasibət bildirən Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli bölməsinin rəhbəri Səadət Bənənyarlı burada millət vəkillərinin şəxsi təşəbbüsünü önə çəkdi. Onların seçki öncəsi göstərdiyi təşəbbüslə mandat qazandığı andan apardığı iş arasında böyük fərq müşahidə olunduğunu xüsusilə də bəzi deputatların seçildikdən sonra region QHT-ləri və seçicilərlə keçirilən görüşlərinin sayının azaldığını önə çəkən Bənənyarlı bu məsələdə hər şeyin millət vəkillərinin şəxsi təşəbbüs və iradəsindən asılı olduğunu vurğuladı. Digər ekspert Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Novella Cəfəroğlu isə məsələyə fərqli yanaşdı. O millət vəkillərinin indiki və namizədlik dönəmindəki fəaliyyətləri arasında heç bir fərq görmədiyini qeyd edərək istər iqtidar istərsə də müxalifət düşərgəsindən seçilmiş deputatların region QHT-lərilə seçici elektoratı ilə daimi əməkdaşlığını təqdir etdiyini vurğuladı. "Bu istiqamətdə aparılan işlər artıq öz səmərəsini verir. Çox sevindirici haldır ki deputatlar və elektorat arasında münasibət artıq səmimiyyət halını alıb. Bu fikri regional QHT-lərin millət vəkillərilə qurduğu iş prosesinə də şamil etmək olar. Deputatlarımız istər namizədlik vaxtı istərsə də parlamentdə əyləşdiyi zaman seçicilərin ünvanlarına göndərdiyi şikayət ərizələrinə məktublara cavab verib. Şikayətçilərin problemlərilə yerində maraqlanıb həlli istiqamətində müəyyən addımlar atıblar. Sonda region QHT-lərinin millət vəkillərilə sıx əməkdaşlığının özlərinin xeyrinə olmasını xüsusi qeyd edən Novella xanım bu istiqamətdə birgə fəaliyyətinin gələcəkdə özlərinə daha çox xeyir gətirəcəyini bu üzdən QHT təşkilatlarının millət vəkillərilə yaxından əməkdaşlıq etməsinin vacibliyini vurğuladı.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo