BEYNƏLXALQ LAYİHƏLƏR BİRGƏ LAYİHƏLƏR MİLLİ LAYİHƏLƏR
KEÇİRİLMİŞ TƏDBİRLƏR
MİLLİ DONORLAR BEYNƏLXALQ DONORLAR
QHT XƏBƏRLƏRİ
 
XƏBƏRLƏR
 
 
Arxiv
 
« Sen.2010
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
Bizim banner
 
kod almaq:
Axtarış: 
Qadınların hüquqlarını kim pozur: dövlət yoxsa cəmiyyət?
Azərbaycanda qanunla qadınla kişinin hüquq və azadlıqları eyni səviyyədə qorunur. Dövlət qadınların seçkili və təyinatlı orqanlarda iştirakına da meneə olmur. Lakin bu gün parlamentdə bələdiyyələrdə qadınların sayı azlıq təşkil edirsə bu gender bərabərliyinin pozulması demək deyil. Amma bu halda dövlət demokratiyanın prinsiplərini pozaraq gedib hansısa qadını evindən çağırıb parlament bələdiyyə seçkilərində iştiraka dəvət etməlidir?   Dünya ölkələrində o cümlədən Azərbaycanda qadınların siyasi proseslərdə idarəetmə orqanlarında təmsilçiliyinin aşağı səviyyədə olması daim beynəlxalq təşkilatlarn narahatlığına səbəb olub. Ölkələrin ictimai-siyasi həyatında qadınların rolunun artırılması üçün hər il yüz minlərlə layihə həyata keçirilir proqramlar hazırlanır və s. Bütün bunlara baxmayaraq problemi tam aradan qaldırmaq mümkün olmayıb. 

  Bir müddət öncə Prezident Administrasiyasının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev jurnalistlərlə söhbətində Bələdiyyə üzvlərinin cəmi dörd faizini qadınların təşkil etdiyini bildirmişdi. "Növbəti seçkilərdə bu çatışmazlığın aradan qaldırılmasına çalışmaq lazımdır"-deyə Nağdəliyev bildirmişdi. Eyni problem parlamentdə də özünü göstərir. 125 deputatın cəmi 13-ü zərif cinsin nümayəndəsidir. 

   

  Bəs problemi necə aradan qaldırmaq olar? 

   

  Millət vəkili Lalə Abbasova hesab edir ki millət vəkilləri qadınların seçkilərdə iştirakını artırmaq üçün öz təkliflərini hazırlamalıdır: "Millət vəkilləri seçicilərlə çox yaxın təmasda olur. İmkanlarımız var ki qadınları aktiv olmağa çağıraq. Hər bir deputat öz təklifini verməlidir. Səsimiz eşidilməlidir. İndiki zamanda Azərbaycan qadını daha fəaldır. Qadınların seçkili orqanlarda öz bacarıqlarını nümayiş etdirməsi yaxşı olardı". 

  Deputata görə qadınların seçkilərdə təmsilçiliyinin aşağı olması mentalitetlə bağlıdır: "Bu sırf düşüncə təfəkkür problemidir. Kişilər razı olmur ki qadınları idarəçilik işlərində təmsil olunsun. Problemin kökündə bu durur". 

  Regional İnsan Hüquqları və Maarifləndirmə Mərkəzinin rəhbəri Lətafət Məlikova bizimlə söhbətində qeyd etdi ki seçkili orqanlarda qadınların iştirak faizinin həddindən artıq aşağı olması bir neçə amillə bağlıdır. İlk növbədə demokratik seçki məsələsi var. Seçkilərin demokratik keçiriləcəyinə ümid olmadığından əksər qadınlar prosesdən kənarda qalır. Həmçinin ictimai şüurda belə bir fikir var ki idarəetmə orqanlarında dövlət qurumlarında yüksək vəzifələrdə kişilər çalışmalıdır qadınlar yox. Yəni təfəkkür problemidir. L.Məlikova bildirir ki anti-demokratik seçkilərdə qadınların mübarizə aparmaq imkanı məhdud olur və belə bir şərait kişilərin üstün mövqedə olmasını şərtləndirir. Hazırda Azərbaycanda qadınlarla bağlı üç əsas problem var. Hakimiyyətdə təmsilçilik ictimai nüfuzda mövcudluq və mülkiyyətə sahibliyin zəifliyi. Hətta siyasi partiyalarda təmsil olunan özünü demokrat sayan kişilər belə xanımlarının proseslərə qoşulmasını istəmir. 

  Bəs ailədə qıza qarşı qeyri-adi münasibət haradan qaynaqlanır? 

   

  Ana bətnindən başlanan ayrıseçkilik 

   

  Belə bir deyim var: qadın doğulmurlar qadın olurlar. Azərbaycanda əksəriyyət "sizin oğlunuz olub" sözünü eşitmək arzusundadır. Bir neçə qızı olan valideynlər növbəti qızın olmaması üçün tibbin müasir texniki nailiyyətlərindən yararlanaraq onu ana bətnindəcə "öldürürlər". Fikir vermisinizsə dünyaya gələn oğlan uşağı olduqda onu hər kəs - ata nənə baba əzizləyir duz kimi yalayır. Amma qıza adidən də adi münasibət bəslənir. Ayaq açıb yeridiyi gündən qızla oğlan arasında ayrıseçkilik salınır və qıza tez-tez qadağa işarələri göstərilir. Qız uşağının oyuncağı ilə oğlan uşağının oyuncaqları arasında da fərq olur. Qızlara gəlinciklər kuklalar alınır oğlanlara isə maşın top. Qızın paltarı başqa olur oğlanınkı başqa. Beləliklə qadınla kişi arasında ilkin sərhədlər çəkilir hüdudları müəyyənləşdirilir. Azərbaycanda əksər ailələr oğlanların təhsilinə xüsusi fikir verirlər. Xüsusilə də respublikanın Cənub zonasında və Bakı kəndlərində qızlar təhsildən yayındırılır və bir çox hallarda məktəbi bitirməmiş ərə verilir. 

   

  Zorla ərə verilənlər 

   

  14-15 və hətta 13 yaşlı qızlar valideynləri tərəfindən zorən ailə qurmağa məcbur edilir ki bu da gələcəkdə bir sıra ciddi problemin yaranmasına səbəb olur. Ana və uşaq ölümü hallarının artması qüsurlu uşaqların dünyaya gəlməsi ailənin dağılması ananın bir sıra xəstəliklərə yoluxması hüquqi pozuntular və s. faktorlar əksər hallarda erkən nikahlarla bağlı olur. 

  Ailə Məcəlləsinə görə Azərbaycanda qızlar 17 (istisna hallarda 16) oğlanlar isə 18 yaşında ailə həyatı qura bilər. 

  Beynəlxalq təşkilatlar o cümlədən Birləşmiş Millətlər Təşkilatı Azərbaycanda qızların nikah yaşının artırılması tövsiyəsini irəli sürüb. 

  Bu tövsiyələri nəzərə alan Azərbaycan parlamenti Ailə Məcəlləsinə dəyişikliklər edilməsini nəzərdə tutsa da hələ də məsələ öz həllini tapmayıb. 

   

  Vəziyyətə hansı qurum nəzarət etməlidir? 

   

  Azərbaycanda əsas problem heç də qanunvericilikdə nikah yaş həddinin aşağı olması deyil. Məsələ burasındadır ki ailələr mövcud qanunvericiliyin tələblərinə belə əməl etmir. Yəni qeyd etdiyimiz kimi yaş həddi 17 göstərilsə də qızlar daha erkən ərə verilir. Müvafiq icra qurumları isə vəziyyətə nəzarət etmir. 

  Erkən yaşda ərə gedən qızlar orta təhsili vaxtından əvvəl tərk edir. Təhsil Nazirliyi və orta məktəblərin rəhbərlikləri həmin qızların taleyilə maraqlanmır. Nədən məktəblilərin vahid forma məsələsində israrlılıq göstərən Təhsil Nazirliyi qızların dərslərdə iştirakını təmin etmir? Axı bizdə orta təhsil icbaridir. 

  Hər bir rayon icra hakimiyyətinin nəzdində azyaşlılarla iş üzrə komissiya fəaliyyət göstərir. Lakin sözügedən komissiya da vəziyyətə nəzarət edə bilmir. 

  Təəssüf ki Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də işini yüksək qiymətləndirmək mümkün deyil. Çünki toxunulan məsələnin bu Komitənin vəzifəsinə birbaşa aidiyyəti var. 

  Həmçinin kənd icra nümayəndələri bələdiyyələr polis orqanları ictimaiyyət nümayəndələri (ağsaqqallar ziyalılar və s) problemin qarşısını almaq üçün ailələrə təsir etmək imkanında deyil. Hətta bu məsələdə mənəvi və hüquqi məsuliyyət daşıyan şəxslər azyaşlıların toylarında iştirak edir valideynlərə "gözaydınlıq" da verirlər. 

  Qanun icazə verməsə də din xadimləri mollalar böyük məmnuniyyətlə azyaşlı qızın özünün iştirakı olmadan belə kəbini kəsib nikahı "qanuniləşdirirlər". 

  Erkən ailə quranlar Vətəndaş Vəziyyəti Aktlarının Qeydiyyatı İdarəsində (VVAQ) qeydiyyata düşmür. Çünki qanun buna imkan vermir. Belə olduqda bu nikahdan doğulan uşağa da şəhadətnamə verilməsi çətinləşir. 

  Bəzi hallarda doğum evləri azyaşlı hamilə qadınları qəbul edərkən saxtakarlığa yol verir. Qəsdən yaş həddini artırır. 

  Bütün bunlar onu göstərir ki Ailə Məcəlləsinin dəyişdirilməsi yəni qadınların nikah yaşının artırılması hələ problemdən çıxış yolu demək deyil. 

  Dərsə getməyən azyaşlı qızların bir məqsədi var - ərə getmək 

  Gender Bərabərliyi və Qadın Təşəbbüsləri İctimai Birliyinin icraçı direktoru Ülviyyə Məmmədovanın sözlərinə görə bəzi rayonlarda o cümlədən bir vaxtlar işlədiyi İmişli rayonunda hətta rayon mərkəzindəki orta məktəbdə ibtidai sinfi bitirən qızlar sonradan dərsə göndərilməyib: "Bəzi ailələrdə elə bir mühit yaradılıb ki dərsə getməyən qızların özü ailə həyatı qurmaq barədə fikirləşir. Söhbət burada azyaşlı qızlara psixoloji təsirlərdən gedir". 

  Bu sahədə maarifləndirmə işlərinin aparılmasına ehtiyac olduğunu deyən təşkilat sədri əlavə etdi ki problemin aradan qaldırılması üçün müvafiq qurumların fəaliyyəti koordinasiya edilməlidir. 

   

  Regionlarda qadınların fəallığı artsa da... 

   

  "Qadınlar Cəmiyyətin İnkişafı Naminə" İctimai Birliyinin qadınların ictimai-siyasi fəallığı ilə bağlı regionlarda apardığı monitorinqin nəticələrinə görə son 10 ildə yüksək vəzifələrdə çalışan vəzifəli şəxslər arasında qadınların qərar qəbul etməsi halları artsa da bu sahədə problemlər hələ də qalmaqdadır. 

  Ötən il keçirilən bələdiyyə seçkilərində qadınların fəallığı yüksək olub. Belə ki İsmayıllıda 4 Göyçay və Ağsuda 8 Şamaxıda isə 10 qadın bələdiyyə sədridir. Sahibkarlıq sahəsində isə qadınlar azlıq təşkil edir. Belə ki region sahibkarlarının cəmi 4 faizi qadındır. Qadınları narahat edən əsas məsələ sosial problemlərlə bağlıdır. Bura maaşların azlığı yolların bərbad vəziyyətdə olması və s. daxildir. 

  Regionda aşağıdakı problemlər özünü daha qabarıq göstərir: 

  - Qadınların hüquqi savadsızlığı öz hüquqlarını lazımi qaydada müdafiə edə bilməməsi; 

  - Natamam ali ali təhsilli qadınların işlə təmin oluna bilməməsi; 

  - Yeniyetmə və gənc qızların QİÇS virusu və narkomaniya və digər zərərli vərdişlər haqqında az məlumatlı olması; 

  - Erkən bəzi hallarda qeyri-rəsmi nikahların qurulması səbəbindən yaranan mübahisələrin boşanmalara gətirib çıxarması və bunun ağır fəsadları; 

  - Yeniyetmə və gənc qızların asudə vaxtlarının səmərəli istifadəsinin aşağı səviyyədə olması. 

   

  
İlahə XƏLİLOVA "Bakı xəbər"

+  -  Çap 
Yerləşdirilib: 12.07.10 | Baxılıb: 71

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Axtarış
 

 
 
Şuranın xəbərləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
Baş redaktor Səfər Alışarlı
© 2010 www.qhtxeber.az
Powered by Danneo