BEYNƏLXALQ LAYİHƏLƏR BİRGƏ LAYİHƏLƏR MİLLİ LAYİHƏLƏR
KEÇİRİLMİŞ TƏDBİRLƏR
MİLLİ DONORLAR BEYNƏLXALQ DONORLAR
QHT XƏBƏRLƏRİ
 
XƏBƏRLƏR
 
 
Arxiv
 
« Sen.2010
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
Bizim banner
 
kod almaq:
Axtarış: 
Ziyafət Əsgərov: “Ulu öndər Heydər Əliyevin böyük iradəsi sayəsində bu gün Azərbaycan xalqı ən yüksək zirvələri fəth etməyə qadirdir”
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun SİA-ya müsahibəsi

- Ziyafət müəllim, ulu öndər Heydər Əliyevin 1969-cu il 14 iyulda respublika rəhbərliyinə gəlişini necə dəyərləndirirsiniz? 


- Ulu öndər Heydər Əliyev böyük bir yolun başlanğıcını qoyub. Bu yol güclü, qüdrətli, zəngin, lider yolu deməkdir. 1969-cu il iyulun 14-də ulu öndər Heydər Əliyev Azərbaycan SSR-ə rəhbər seçildi. Hər bir azərbaycanlı bunu çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyinə inanırdı. Biz Heydər Əliyevin siyasətindən danışanda müstəqil Azərbaycanın quruculuğunu aydın şəkildə görürük. Ümummilli lider Heydər Əliyevin gələcək müstəqil dövlətin köklü əsaslarını hakimiyyətinin ilk dövründə yarada bilmişdi. Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsipləri ulu öndər Heydər Əliyev tərəfindən yaradılıbdır. Dahi insanın Azərbaycana rəhbər seçilməsi, Azərbaycanı idarə etməsi Sovet Azərbaycanın tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. O vaxt Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olan müttəfiq respubikalar içərisində geridə qalmış respublikalardan biri idi. Sovet Azərbaycanında ulu öndərin fəaliyyəti Azərbaycanın dövlət müstəqilliyinə hesablanmışdı. 

Ulu öndərin hakimiyyə gəlişindən sonra Azərbaycanda xalq təsərrüfatının bütün sahələrində inkişaf başlandı. Sənayedə, kənd təsərrüfatında, mədəniyyət sahəsində, incəsənət, kino, teatr, rəssamlıq və digər sahələrdə də intibah dövrü başlandı. Bu, əlbəttə, ulu öndərin şəxsiyyəti, titanik fəaliyyəti, işgüzarlığı, dərin məntiqi, yüksək qabiliyyəti, intellektual səviyyəsi ilə bağlı idi. Azərbaycan ulu öndərin rəhbərlik etdiyi 1969-1982-ci illərdə sovet respublikaları içərisində birinci yerə keçdi. Bu isə Sovet dövrü üçün çox böyük bir hadisə idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə gücləndirildi. Azərbaycanda insanların dövlətçilik şüurunun möhkəmləndirilməsi istiqamətində ulu öndərin xidmətləri əvəzsizdir. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi-sosial baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. Ulu öndərin Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti 1969-cu ildə başladığı siyasətin məntiqi davamıdır. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra separatçı qüvvələri zərərsizləşdirə bildi, insanlarda cəmiyyətə, dövlətə, məmləkətə inam yaratdı, insanlar küçədə azad hərəkət etməyə başladılar. Azərbaycana uğur gətirən müxtəlif layihələrə imza atıldı. Azərbaycanda bugünkü inkişafın təməlini qoyan ulu öndər Heydər Əliyev yolu var və təbii ki, Onun qoyduğu yol hər bir azərbaycanlı üçün müqəddəs yoldur. Hər bir azərbaycanlının borcudur ki, Azərbaycan dövlətinin daha da yüksəlməsində öz töhfəsini versin.

 

- Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra məşhur avqust plenumda qarşıya qoyulan vəzifələrin icra olunması nəyə hesablanır?

- Bu vəzifələr Azərbaycanın birinci növbədə hərtərəfli irəliyə getməsinə hesablanır. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməmişdən öncə Azərbaycan geridə qalmış aqrar bir ölkə hesab olunurdu. Avqust plenumunda qarşıya qoyulan əsas məqsəd və vəzifələr ondan ibarət idi ki, Azərbaycan sənaye-aqrar dövlətinə çevrilməlidir. Ölkəmizin hərbi dövlət quruculuğunda da xeyli işlər görüldü. Cəmşid Naxçıvanski adına məktəb ulu öndərimizin xeyir-duası ilə açıldı. Eyni zamanda, insanların sosial-iqtisadi həyat tərzinin yaxşılaşdırılması, bir sözlə, Azərbaycanın yüksək bir məqama qalxması baxımından, avqust plenumda qarşıya qoyulan vəzifələrin çox böyük rolu oldu. Ümummilli lider Heydər Əliyev bütün bu işlərin öhdəsindən çox böyük məharətlə gəldi. Onun böyük iradəsi sayəsində, bu gün Azərbaycan xalqı ən yüksək zirvələri belə fəth etməyə qadirdir. Heydər Əliyev və Azərbaycan adı bir-birinə sıx bağlıdır. Ümummilli liderimiz Azərbaycanı, Azərbacan xalqını dünyaya tanıtdı.

 

- 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə 1969-cu illər arasında oxşar və fərqli cəhətlər nədən ibarətdir?

- Fərqli cəhət ondan ibarətdir ki, biz 1993-cü ildə formal olaraq artıq müstəqil dövlətdə yaşayırdıq. Hər kəsə məlumdur ki, 1993-cü ilə qədər Azərbaycanda durum heç də ürəkaçan deyildi. Azərbaycan dövlətinin təhlükə altına qalmasına baxmayaraq, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə gəldi. Əgər Heydər Əliyev o zaman hakimiyyətə gəlməsəydi Azərbaycanın müstəqilliyi təhlükə altında qalardı. Oxşar cəhət isə ondan ibarətdir ki, ümummilli lider Heydər Əliyev yenə də əvvəlki tükənməz gücü ilə Azərbaycanı qurub-yaratmağa başladı. Çünki bu dəfə söhbət ulu öndər Heydər Əliyevin arzuladığı müstəqil Azərbaycanın qurulmasından gedirdi. Onun yenidən hakimiyyətə qayıtması Azərbaycanın qurtuluşu idi. Azərbaycanı dünyanın müxtəlif bölgələrindən tanımağa başladılar, ulu öndər ölkəmizin problemlərini dünyaya çıxartdı. Bu mənada 15 iyun 1993-cü il tarixi Azərbaycan xalqının qızıl bir səhifəsidir. Bu səhifə getdikcə daha da dəyərli olacaqdır. Ona görə dəyərli olacaqdır ki, 1993-cü ilin 15 iyun tarixi Azərbaycan tarixinə sınaq tarixi idi. Ümummilli lider Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və bütün gücümlə çalışacam ki, dövlətim müstəqil, əbədi olsun. Bu gün artıq Azərbaycan dövləti dünyanın nüfuzlu dövlətləri ilə rəqabətə girir, dünyanın ən inkişaf etmiş dövlətləri ilə danışıqlara gedir, dövlətlər və münasibətlər sistemi qurulur. Azərbaycan dövlətinə müstəqil, hüquqi, beynəlxalq bir dövlət kimi yanaşırlar. Azərbaycanda gedən prosesləri yaxşı mənada qəbul edirlər. Xaricdən gələn qonaqlar Azərbaycanın inkişafını dəstəkləyir və Azərbaycanın, Bakı şəhərinin çox dəyişdiyini, güclü, sürətli inkişaf etdiyini söyləyirlər.

 

- Hakim Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə necə hazırlaşır?

- Ulu öndər Heydər Əliyev ideyalarının tərənnümçüsü olan bu güclü siyasi təşkilat Azərbaycan xalqının istək və arzularının yeganə təminatçısıdır. Bu gün Azərbaycan cəmiyyəti inkişafın ən yüksək mərhələsindədir. Ölkəmizin əldə etmiş olduğu iqtisadi-siyasi potensial imkan verir ki, istənilən məsələdə ən yüksək səviyyəli nəticə əldə edilsin. Azərbaycanda son dövrlərdə keçirilən bütün seçki prosesləri hər bir zaman çox azad və açıq şəkildə keçirilib. Bu gün Azərbaycan da söz, nüfuz sahibi olan partiya iqtidar partiyasıdır və bu partiyaya üzv olan gənclərin sayı həddən artıq çoxdur və ölkənin ən aparıcı partiyasıdır. YAP çox yüksək səviyyədə təşkil olunmuş bir partiyadır. Bu partiyanın bütün strukturları fəaliyyət göstərir. Ümumiyyətlə, YAP seçkilərə yalnız seçki ərəfəsi hazırlaşmır. Seçim bir gün ərzində baş vermir, seçim bütün illər ərzində baş verir. Çünki seçici seçdiyi insanın fəaliyyətinə nəzarət edir. İllər ərzində müəyyən proseslər gedir, rayon partiya təşkilatları ilə əlaqələr gücləndirilir, müxtəlif tədbirlər, seçicilərlə görüşlər keçirilir. YAP hər an öz işində çox ciddi olubdur. Çünki biz siyasi mübarizədəyik, iqtidardayıq, üzərimizə YAP olaraq böyük məsuliyyət düşür və biz bu məsuliyyəti dərk edirik. Bu gün Azərbaycandakı ictimai-siyasi durum yüksək səviyyədədir. Çünki ilk növbədə Azərbaycan müstəqil demokratik ölkədir. Azərbaycanda insan hüquqlarının tam təmin olunması bugünkü ictimai durumun əsas göstəriciləridir. Azərbaycanda insanların seçkiyə getməsi, seçim etməsi üçün yüksək şərait var. YAP-ın bütün addımları xalqın və dövlətin rifahına hesablanıb. Azərbaycan xalqı bu günkü inkişafından çox razıdır. Yeni Azərbaycan Partiyası bu gün, nəinki ölkə hüdudları daxilində, eyni zamanda, beynəlxalq arenada özünə möhkəm və layiqli bir yer qazanıb. Hər seçkidə seçicilərin fəallığı artır, seçimdə keyfiyyət göstəricisi yüksəlir. 

Beləliklə, Azərbaycanın parlamenti dünyanın ən müasir parlamentləri səviyyəsinə qalxıb. Bu, Azərbaycanda gedən inkişafın nəticəsidir. Bütün seçkilər tam azad, şəffaf, demokratik şəraitdə keçirilməyə başladı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyirik.

 

- Parlament seçkiləri ərəfəsi müxalifət düşərgəsində seçkiqabağı durum müxalifətə parlamentdə təmsilçilik hüququ qazandıra bilərmi?

- Müxalifət hansısa yüksək bir səviyyədə deyil ki, Azərbaycanda keçirilən parlament seçkilərində çoxluq təşkil etsin. Müxalifət müasir dünya ilə heç vaxt ayaqlaşa bilməyəcək. Sosial bazası olduqca zəifdir, müxalifət partiyaları arasında böyük ziddiyyətlər var. Bəzi müxalifət partiyaları həddindən artıq radikallıq nümayiş etdirirlər. Azərbaycanın inkişafını görmək istəmirlər, ölkəmizin əldə etdiyi uğurlara qıcqanclıqla yanaşırlar. Azərbaycanda gedən inkişafı, rəngarəng mexanizmi qavramaq istəmirlər, yaxud da qavraya bilmirlər. Azərbaycan dövlətində güclü, sivil müxalifət yoxdur. Bütün bu göstəricilərə görə, müxalifət parlamentdə heç vaxt çoxluq təşkil edə bilməyəcək. İndiki müxalifətin şüuru 1990-cı il şüurudur. Müxalifət Azərbacanda gedən sosial, iqtisadi, siyasi, hüquqi inkişafa uyğunlaşmalıdır, əks halda cəmiyyətdə heç bir nüfuz qazanmayacaq. Hər halda müxalifət öz səhvlərini nə qədər tez anlasalar, bir o qədər yaxşıdır. Onların radikal yanaşması o qədər də problem yaratmır. Cəmiyyət tərəfindən tanınmayan, qəbul olunmayan insanın seçilmək imkanı olduqca məhduddur. O qruplar Azərbaycanda kifayət qədər məhdud qruplardır.

 

- Müxalifət düşərgəsində siyasi dialoqa çevrilən birlik ideyasının reallaşmasına necə baxırsız?

- Bu birlik ideyası müxalifətin boş-boş məntiqsiz danışıqlarıdır. Çünki müxalifətçilərin tam əksəriyyəti bir-birinə qarşıdır. Əgər onların birliyi yoxdursa, parlamentdə təmsil olunmaq ehtimalı da çox azdır. Müxalifətin ictimai-siyasi proseslərə ciddi təsir göstərəcəyini düşünmək olmaz. Təbiidir ki, get-gedə müxalifətin müxalifətçilik etməsi cəmiyyətdə maraq doğurmur və müxalifətin miqyası da daralır. Azərbaycanın parlamenti dünyanın ən müasir parlamentləri səviyyəsinə qalxır. Hər bir Azərbaycan vətəndaşı qürur hissi yaşayaraq seçkilərə gedəcək və ən layiqli namizədinə səs verəcəkdir. Mən əminəm ki, həmişə olduğu kimi parlament seçkilərində də Azərbaycan xalqı YAP-a dəstək olacaqdır.

+  -  Çap 
Yerləşdirilib: 14.07.10 | Baxılıb: 68

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Axtarış
 

 
 
Şuranın xəbərləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
Baş redaktor Səfər Alışarlı
© 2010 www.qhtxeber.az
Powered by Danneo