Axtarış: 
Bakı mağazalarında ENDİRİM fırıldağı
+  -  Çap 
Yerləşdirilib: 19.07.10 | Baxılıb: 237
Bakı şəhərində yerləşən geyim mağazalarının əksəriyyətində “endirim” yazılmış çağırışlara rast gəlmək mümkündür. Bu elanlar ilin hər fəsilində, özü də bütün mağazalarda mövcuddur. Endirimlərin yazılmasına baxmayaraq, bəs görək qiymətlər alıcılar üçün münasibdirmi? Mağzalarda endirim deyil, yalan kampaniyaları aparılır 

Apardığımız müşahidələrdən məlum olur ki, malların üzərində göstərilmiş endirim faizləri əslində aldadıcı kampaniyadır. İki il vitrində qalmış malları yeni model kimi təqdim edib, digər mallarla müqayisədə müəyyən faizlə endirimə qoyub, "çox böyük güzəştlər etdiklərini" göstəməyə çalışır və bu yolla da alıcıya təsir etmiş olurlar. Hətta, guya az əvvəl gətirilmiş malın da üzərində 50-70-90 faiz endirim olduğu göstərilir. 

Müşahidə apardığımız bir neçə mağazada qəribə hallarla rastlaşırsan. Məsələn, hansısa mağazanın bağlanacağı səbəbindən uzun müddət "mallara şok endirim" olması bardə elan vurulur. Endirimlə bağlı apardığımız müşahidələr zamanı gözdən yayınmayannöqsanlar saymaqla bitən deyil. 
Bəs, yuxarıda sadalanan hallar istehlakçı hüquqlarının pozulması deyilmi? Bu qanunla tənzimlənirmi? Bu kimi suallara aydınlıq gətimək üçün ekspert və rəsmi qurumun mövqeyini öyrəndik.

Avropa ölkələrində endirimlər necə aparılır?

İlki olaraq onu vurğulamaq yerinə düşər ki, Avropa və bir sıra inkişaf etmiş ölkələrdə endirimlər xususi marketinq siyasəti ilə həyata keçrilir. İlin hər fəslinin sonunda endirimlər təşkil olunur və bu müddətdə ən bahalı malı çox ucuz qiymətə almaq mümkündür. Məsələn, London şəhərində endirim müddəti marka firmaların köynəklərini 2 funta (3 manat), kostyumu 28 funta (35 manat) almaq mümkündür.
 
Yalançı endirimlərə aldanmamağın yolları

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, endirimlər təkcə bizdə deyil, bir sıra ölkələrdə də istehlakçıları aldadan məsələdir. Onun sözlərinə görə, endirimlər qanunla tənzimlənmir: "Lakin “İstehlakçının hüquqlarının müdafisəi haqqında qanun”da göstərilir ki, istehlakçı malın bütün sənədlərini, keçmiş və indiki rəsmi qiymət sənədlərini tələb edib baxa bilər. Bundan sonra inana bilər ki, təqdim edilən malda endirim olub, ya yox. İstehlak hüquqları qorunan ölkələrdə endirim olunan malın əvvəlki qiymətindən başlayaraq, rəqəmlər sıralanaraq göstərilir. Lakin Azərbaycanda çox hallarda yalançı endirimlər edilir, mal 70% endirim adı ilə təqdim olunur və bu yolla istehlakçı aldadılır". 

İstehlakçını aldadan tərəf hansı məsuliyyəti daşıyır?

AİB sədri hesab edir ki, “İstehlakçının hüququqların müdafisəi haqqında qanun”un tələbinə uyğun olaraq, yersiz yerə qiymət qaldırılmasına qarşı dövlət orqanları mübarizə aparmalıdır: "Aşkarlanmış qanun pozuntusu istehlakçıların aldadılması kimi şərh oluna bilər. Əgər istehlakçılar dövlət orqanlarına müraciət edərsə, bu zaman istehlakçını aldadan tərəf maddi məsuliyyət daşıyar. Bu işə İqtisaqi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən nəzarət olunmalıdır. Ancaq Azərbaycanda bu iş primitiv qaydada aparılır. Hələlik ərzaq məhsullarının monitorinqi aparılır. İtehlakçı hüquqlarının qorunmasının 2000-dən artıq istiqaməti var. Ancaq bunun 1999-u icra olunmur". 

E.Hüseynov məsləhət görür ki, istehlakçılar mal alarkən hüquqlarından istifadə etsinlər. Malın keçmiş və indiki rəsmi qiymət sənədlərini tələb etsinlər, digər mağazalarda olan mallarla qiymət tutuşdurması aparsınlar və s. Sahibkar malın əvvəlki qiymətini istehlakçıya təqdim etmədikdə məsuliyyt daşıyır. 

İqtisadçı-ekspert Rövşən Ağayev də Milli.Az xəbər portalına bidirdi ki, endirimin yalan olduğu, həmin şəxsin müştərini aldatdığı sübut olunsa, bunun məsuliyyət məsələsi ortaya çıxır. Çünki bu, xuliqanlıqdır. Məhsulun qiyməti divarda olmalıdır. 

Mağazaların endirim kampaniyaları araşdırılacaq

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev Milli.Az xəbər portalına bildiridi ki, Nazirlikdə bu sahədə monitorinqlər bu vaxta kimi aparılmayıb. Ancaq nəzərdə tutulub ki, endirimlərlə bağlı monitorinqlər aparılsın. 
Hazırda sərinləşdirici işçkilər və dondurma bazarında monitorinqlər aparıldığını deyən A.Əliyev bu sahədə də dövlət nəzarəti tədbirlərinin görüləcəyini vurğuladı: "Qanunsuz faktlar aşkarlanarsa, şübhəsiz ki, tədbirlər görüləcək. Konkret endirimlərlə bağlı istehlakçılar tərəfindən şikayət daxil olmayıb. Qanunvericiliyə görə, endirimlərin hansı vaxtdan həyata keçirilməsi, malın adı konkret göstərilməlidir. Tutaq ki, mağazada yüz adda mal satılırsa, konkret hansı mal və ya mal qrupuna endrimin daxil olması, konkret faiz göstərilməlidir. Ticarət qaydalarının pozulmasına görə qanunvericilikdə məsuiliyyət nəzərdə tutulur". 

Anar Məmmədov
Milli.Az


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo