Axtarış: 
“Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərgi açılıb
+  -  Çap 
Yerləşdirilib: 23.07.10 | Baxılıb: 154
İyulun 23-də Vəcihə Səmədova adına sərgi salonunda “İnam” Plüralizm Mərkəzinin təşkilatçılığı ilə “Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərginin açılış mərasimi keçirilib.Lent.az-ın məlumatına görə, açılış mərasimində “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək sərgidə Ağdamın işğaldan əvvəlki və sonrakı mənzərələri əks olunan 60-a qədər fotonun nümayiş olunduğunu bildirib.

“İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazinin sözlərinə görə, sərgi elan olunan zaman təşkilata çoxlu sayda müraciətlər və fotolar daxil olub. Həmin fotolar sırasında indiyədək göstərilməyən şəkillər də var. V. Qazi belə bir sərginin Ağdamın özündə təşkil olunması arzusunu da dilə gətirib.

Tədbirdə Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, millət vəkili Məlahət Həsənova və başqaları çıxış edib.

Mərasimdə “Qafqaz Xirosiması” adlı film də nümayiş olunub. Ağdamın işğaldan əvvəlki və indiki görüntüləri əks olunan foto və videolardan istifadə olunmaqla hazırlanan 8 dəqiqəlik film Azərbaycan, rus və ingilis dillərindədir. Filmin ideya müəllifi Vahid Qazidir.

Qeyd edək ki, sərgi iyulun 30-a qədər davam edəcək.

Hazırladı: Turac Məmmədova



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo