qhtxeber.az// “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhəri və Bakı kəndlərində
“Azərbaycan
xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin öyrənilməsi və
təbliği” layihəsi çərçivəsində növbəti sorgusunu həyata keçirib. Bu layihə
çərçivəsində respondentlərə adət-ənənələrin nə dərəcədə yaşadılmasının
öyrənilməsi ilə bağlı bir-neçə sual verilib.
Ümumilikdə
500 nəfər arasında keçirilən rəy sorğusuna 280 nəfər qadın cəlb edilib ki, bu
da ümumi respondentlərin 56%-ni təşkil edib. Sorguda iştirak edən 220 (44%)
nəfər isə əks cinsiə mənsub olub.
Respondentlərin
114 nəfəri (22,8%) 18-34 yaş, 175 nəfəri (35%) 35-54 yaş, 171 nəfəri (34,2%)
55-74, 40 nəfəri (8%) isə 75-dən yuxarı yaş kateqoriyalarına aid olublar.
“Bu gün
bizim milli adət-ənənəlrin mövcud durumunu necə dəyərləndirərdiniz?” sualına
respondentlərin 139 nəfəri (27,8%) Bizim milli adət-ənənələrdən çox şey
itirilməkdədir, 44 nəfəri (8,8%) “Bizim milli adət-ənənələrdən çox şey
yaşanmaqdadır”, 214 nəfəri (42,8%) “Bizim milli adət-ənənələrdən bir qismi
unudulsa da, əksəriyyəti qorunmaqdadır”, 83 nəfəri (16,8%) “Bizim milli
adət-ənənələrimiz tamamilə unudulub” və 20 nəfəri (4%) isə “cavab verməyə
çətinlik çəkirəm” cavablarını qeyd ediblər.
“Digər
xalqların adət-ənələrinin bizim milli adət-ənənələrə təsirini necə dəyərləndirərdiniz?”
sualına respondentlərin 237 nəfəri (47,4%) “Bizim adət-ənənələri Qərbin kənar
mənfi təsirlərdən qorumaq lazımdır”, 86 nəfəri (17,2%) “Bizim adət-ənənələri
kənar təsirlərdən qorumaga ehtiyac yoxdur”, 163 nəfəri (32,6%) “Bizim milli
adət-ənənələrə digər xalqların adət-ənənələrindən müsbət halları cəlb etmək
olar” və 14 nəfər (2,8%) isə “Cavab verməyə çətinlik çəkirəm” cavablarını
cavablandırıblar.
“Azərbaycan
xalqının unudulmuş və unudulmaqda olan milli adət-ənənələrinin yaşadılmasına
ehtiyac varmı?” sualına rəyi soruşulanların 272nəfəri (54,4%) “Bəli”, 43 nəfəri
(8,6%) “Xeyr”, 185 nəfəri (37%) isə “Yalnız zamanə ilə uygunlaşanları yaşatmaq
lazımdır” cavablarını veriblər.
Respondentlərin
38 nəfəri (7,6%) “Toy və yas mərasimlərinin hazırki durumu sizi nə dərərcədə
qane edir?” sualına “Tamamilə qane edir”, 278 nəfəri (55,6%) “Tamamilə qane
etmir”, 31 nəfəri (6,2%) “Nisbətən qane edir” və nəhayət 153 nəfəri (30,6%)
“Nisbətən qane etmir” cavabları ilə kifayətləniblər.
Sorgu
zamanı rəyi soruşulanların 288 nəfəri (57,6%) “Toy və yas mərasimlərinin
Azərbaycan xalqının milli adət ənənələrinə və İslam dininin şərtlərinə uygun
keçirilməsinə münasibətiniz necədir?” sualına “Yaxşı, bu tam düzgün olardı”
cavablarını veriblər. Respondentlərin 190 nəfəri (38%) bu suala “Yaxşı, lakin
bu bizi mövhümata aparmamalı”, 22 nəfəri (4,4%) isə “Pis, bu bizi Qərbə
inteqrasiyadan geri salacaq” cavablarını veriblər.
“Toy və
yas mərasimlərinin dəb-dəbəli keçirilməsinə münasibətiniz necədir?” sualına
respondentlərin 179 nəfəri (35,8%) “Pis, bu artıq israfçılıqdır və cəmiyyətdə
insanlar arasında ayrı-seçkilik yaradır”, 154 nəfəri (30,8%) “Yaxşı, bu hər bir
insanın imkanına və zövqünə uygun olmalıdır”, 167 nəfəri (33,4%) isə “Yaxşı,
lakin bu insanları sonradan yaranan problemlər ilə üz-üzə qoymamalıdır”
cavablarını veriblər.
“Bəs siz,
özünüzün (ailə üzvünüzün) toy və yas mərasimini milli-adət ənənəyə və İslam
dininə uygun keçirilməsini təmin edə bilərsinizmi?” cavabına sorgu keçirilən
kontingentin 193 nəfəri (38,6%) “Bəli, bu mənim daxili ailə işimdir”, 108
nəfəri (21,6%) “Bəli, lakin qohumlarım və ətrafımdakı insanların qınagı ilə
üzləşə bilərəm” cavablarını veriblər. Həmçinin 79 nəfər (15,8%) “Xeyr, mən
bunun tərafdarı deyiləm”, 98 nəfər (19,6%) “Xeyr, qohumlar və ətrafımdakı
insanların qınagı ilə üzləşmək istəmirəm” və 22 nəfər (4,4%) isə “Cavab verməyə
çətinlik çəkirəm” cavabları ilə kifayətlənməlo olublar.
Sorgunun
sonuncu “Toy və yas mərasimlərinin keçirilməsi qaydalarının tənzimlənməsi üçün
müvafiq qanunvericiliyin olmasına münasibətiniz necədir?” sualına
respondentlərin 353 nəfəri (70,6%) “Müsbət”, 92 nəfəri (18,4%) “Mənfi”, 45
nəfəri (9%) “Orta” cavabını veriblər. Yalnız rəyi soruşulanların 10 nəfəri (2%)
bu suala cavab vermeyə çətinlik çəkib.
Sorğu
əsasında əldə edilən cavablara istinadən o qənaətə gəlmək olur ki, Azərbaycan
xalqı özünün milli adət-ənənələrinə hörmətlə yanaşır, min illərdən süzülüb
gəlmiş adətlərini itirmək istəmir və həyatlarının bütün sahələrində milli
adət-ənənələrini yaşatmağa çalışır.
Hazırladı:
Turac Məmmədova