“Xalq cəbhəsi” qəzeti// Bu
günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlarının Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi "Unudulmaqda
olan milli adət-ənənələrimizin gənc nəslə aşılanması
(və onların
qorunmasında gənclərin fəallığının artırılması)" adlı layihə çərçivəsində
"Unudulmaqda olan milli-mənəvi dəyərlərimiz və gəncliyimiz" adlı
kitab-toplu dərc olunub. Dünya Gənc Türk Yazarlar Birliyinin hazırladığı,
"Vektor" Nəşrlər Evinin çap etdiyi məqalələr toplusunda unudulmaqda
olan (və ya unudulmuş deyə biləcəyimiz) adət-ənənələrimizdən, mənəvi
yaddaşımızın bərpası sürəcinin gərəkdirdiyi işlərdən, habelə dəyərlərimizin
qorunmasında yeni nəslin, ümumən vətəndaşlarımızın üzərinə düşən vəzifələrdən
söz açılıb. Daha çox elmi məzmun daşıyan məqalələr toplusu geniş oxucu kütləsi
üçün nəzərdə tutulur. Qeyd edək ki, "Unudulmaqda olan milli
adət-ənənələrimizin gənc nəslə aşılanması (və onların qorunmasında gənclərin fəallığının
artırılması)" adlı layihənin rəhbəri Əkbər Qoşalı, tərtib edən dos.dr.
Rəsmiyyə Sabir, elmi redaktor prof.dr Nizami Cəfərov, redaktor prof.dr. Elçin
İsgəndərzadə, texniki redaktor Vəfa Ramazanovadır.
"Kitaba
başlarkən..." bölməsində Dünya Gənc Türk Yazarlar Birliyinin baş katibi
dos.dr Rəsmiyyə Sabir kitabın, eləəcə də layihənin məqsəd və məramını çox qısa
və çox anlamlı şəkildə ortaya qoyub. Rəsmiyə xanım qloballaşan dünyada
gənclərin milli-mənəvi dəyərlər sisteminin qorunmasında özünəməxsus missiyasının
mahiyyətini izah edir. Hər bir millətin "var olmağı"nın əsasındakı
milli-mənəvi dəyərlərinin önəm kəsb etdiyini, bu "var olmaq"da isə
əsas milli yükü isə məhz gənclərin daşıdığını vurğulayır: "Dünya Gənc Türk
Yazarlar Birliyi olaraq bu kitabı araya-ərsəyə gətirməkdə məqsədimiz
qloballaşan dünyada çağdaş gəncliyimizə milli-mənəvi dəyərlər sistemimizi
təbliğ etmək sahəsində bir qaynaq oluşdurmaqdır. Əgər yetişməkdə olan gənc
nəslə bu gün milli-mənəvi dəyərlərimizi təbliğ etməsək, sabah gec olacaq. Qədim
tarixə, zəngin gələnəkləərə, böyük mədəniyyətə malik olduğumuzu heç zaman
yaddan çıxartmamalıyıq. Bu, hər birimizin, ilk növbədə, vətəəndaşlıq borcundan,
Böyük Azərbaycana layiq vətəndaşlar olmaq duyğusundan (istəyindən!) irəli
gəlir".
Məqalələr
toplusu bir-birini tamamlayan tədqiqatlardan ibarətdir. Kitabdakı məqalələr
Azərbaycanın mənəvi mədəniyyəti haqqında geniş təsəvvür yaratması, çox böyük
elmi bacarıqla sistemləşdirilməsi baxımından diqqəti cəlb edir. Bura Şakir
Albalıyevin "Azərbaycanda toy mərasimləri", "Azərbaycan gəlini
xoşbəxtlik rəmzidir", R.Rəfiyevanın "Azərbaycan toylarının
bəzəyi", Arzu Şirinovanun "Özümüzə qayıtmalıyıq", Aydın Xanın
(Əbilli) "Doğru düşüncə, doğru söz, doğru əməl. Üüzillərin-nəsişllərin
bayramı Novruz: Qlobal kulturoloji dəyərimiz", "Yeni nəslin
internetdə milli virtual kitabxanası", İlhamə Məmmədovanın
"Azərbaycanda bayram mərasimlərilə bağlı qarşılıqlı yardım
formaları", Güllü Yoloğlunun "Milli dəyərlərimizi araşdırarkən",
Bəhmən Faziloğlunun (Əliyev) "Qonaqpərvərlik milli "mən"in
elementi kimi", Vüqar Zivəroğlunun "Milli mənəvi dəyərlər və
media", Elcan Salmanqızının "Media qloballaşma dövründə milli-mənəvi
dəyrləri qoruya bilərmi?", Nemət Tahirin "Çağdaş gənclik niyə kitab
oxumur?", Elməddin Behbudun "Milli-mənəvi dəyərlərimiz və
çağdaşlıq", Vüsalə Rafiqqızının "Qloballaşan dünyada milli ideologiya
olmalıdır", Elmidar Əliyevin "Milli-mənəvi dəyərlərimiz deqradasiyaya
uğrayır", Hafiz Hacxalıl "Gələcəyə səyahət", Aygün Həsənoğlunun
"Azərbaycan ideologiyasının qaynaqları", Əkbər Qoşalının "Alnımı
oxumuş kimi", Anar Əliyevin "Azərbaycanın dövlət rəmzləri, onların
mahiyyəti və ideoloji tərbiyəvi əhəmiyyəti" məqalələri toplanıb.
Məqalələrin adlarını oxuyanda belə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanın
mədəniyyəti, mənəviyyatı, cəmiyyətimizin üzləşdiyi mənəvi reallıqlar barədə tam
təsəvvür formalaşır. Bu məqalələrdə keçmişin və müasirliyin vəhdətindən doğan
məsələlər araşdırılır, unudulmaqda olan milli adət-ənənələrimizin gənc nəslə
aşılanmasına çalışılır. Fikrimizcə, kitabın yaradıcıları məqsədlərinə nail
olublar və bu kitab yəqin ki, oxucuların geniş marağına səbəb olacaq,
gənclərimizin diqqətini cəlb edəcək.