Axtarış: 
Şuranın maliyyə dəstəyi ilə jurnalistlər üçün treninq keçirilib
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 465
qhtxeber.az// Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə

həyata keçirilən «Unudulan və unudulmaqda olan milli adət-ənənələrimizin dirçəldilməsinə dəstək» layihəsi çərçivəsində jurnalistlər üçün treninq keçirilib. Treninqin keçirilməsində məqsəd isə bu sahədə yazan jurnalislərin peşəkarlığının daha da artırılmasıdır. 

Tədbiri giriş sözü ilə açan ADİİM sədri Cavid Şahverdiyev layihənin birinci mərhələsi barədə görülən işlər barədə məlumat verib. O, bildirib ki, birinci mərhələdə layihə çərçivəsində Bakıda, Siyəzəndə və Qusarda dəyirmi masalar təşkil olunub. Bu tədbirlər ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bundan əlavə, milli adət-ənənələrimizin simvolları sayılan milli bayramlarımız barədə xüsusi bukletlər hazırlanıb. Bu bukletlər keçirilən təbirlər çərçivəsində ictimaiyyət nümayəndələrinə paylanılıb.

Layihənin ikinci mərhələsində isə Milli adət-ənənələrimizlə bağlı dəyirmi masa təşkil olunub. Tədbirdə ”Milli bayramlarımız” adlı kitabın nəşr olunması da qərara alınıb.

Daha sonra çıxış edən layihənin eksperti, Milli Elmlər Akademiyasının baş elmi işçisi Qüdrət Cəfərov milli adət-ənənələrimiz barədə məlumat verərək bildirib ki, Azərbaycan xalqı qədim tarixə malik xalq olduğu üçün zəngin milli adət-ənənələri özündə yaşadır. Ölkənin çoxmillətli olması bu sərvəti bir qədər də zənginləşdirir. Lakin bu gün onların tədqiqinə, yaşadılmasına böyük ehtiyac duyulur. Bu sahədə maarifləndirmə işlərinin aparılmaında mətbuatın da üzərinə böyük iş düşür.

Treninqdə layihənin təlimçisi Naibə Qurbanova da jurnaitlərə sözügedən sahədə bir sıra məsəhətlərini verib. Tədbir daha sonra jurnalstləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib. 

Hazırladı: Səbinə Cahandarova

 


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo