Axtarış: 
“Yol hərəkəti qaydalarına riayət edilməsində gənclər təşəbbüsü” layihəsi çərçivəsində aksiya keçirilib
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 129
qhtxeber.az// “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Dünya Bankının Azərbaycan nümayəndəliyinin maliyyə yardımı ilə yol mədəniyyəti ilə bağlı vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə Səbayıl rayonu “Azneft” və “Azadlıq” meydanları, “Nefçilər” prospektində “Yol hərəkəti qaydalarına riayət edilməsində gənclər təşəbbüsü” layihəsi çərçivəsində aksiya keçirib.

Qeyd edək ki, layihənin həyata keçirilməsində başlıca məqsəd sürücü və piyadalara yol mədəniyyəti barədə məlumat verərək, düzgün və təhlükəsiz yoldan istifadə qaydalarının öyrədilməsi olub.

Könüllülərin iştirakı ilə reallaşan aksiyada Azərbaycan Respublikası DİN-in Dövlət Yol Polisi İdarəsinin Yol Patrul xidməti şöbəsinin rəisi, polkis polkovniki Ərəstun Məcidov, həmin şöbənin Dövlət avtomobil müfəttişi, polis mayoru İqbal Əhmədov, layihənin eksperti ANS-in “Qulp” verlişinin əməkdaşı Teymur Məmmədov, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, KİV nümayəndələri, QHT-lər və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən birliyin sədri Anar Xəlilov layihənin günümüz üçün vacibliyini qeyd edərək, bəzən yol hərəkəti qəzalarının baş verməsində piyadaların da günahkar olduğunu bildirib: “Bu gün şəhərin bütün avtomobil yollarında demək olar ki, hər gün yol qəza hadisələri törədilir. Buna səbəb sürücülər tərəfindən yol hərəkət qaydalarına riayət olunmaması, yəni yüksək sürət, ötmə qaydalarına düzgün əməl etməmək, qadağan olunmuş yol nişanlarına diqqətsizlik, eyni zamanda piyadalar tərəfindən onlar üçün nəzərdə tutulmayan yollardan keçid vasitəsi kimi istifadə etmələridir. Demək olar ki, sürücülərin böyük əksəriyyəti təhlükəsizlik kəmərlərindən ancaq Dövlət Yol polislərinin xüsusi reydləri zamanı istifadə edirlər. Bəzən yol hərəkətindən düzgün istifadə etməməyimizin nəticəsində yol hadisələrinin baş verməsinə sürücülər kimi piyadalar da şərait yaradır. Bu səbəbdən düşünürük ki, bu qaydaları bilmək hamımızın borcudur”.

Qeyd etmək lazımdır ki, layihənin ilkin mərhələsi Beynəlxalq Avtovağzal kompleksində reallaşıb. Keçirilən aksiya zamanı Birliyin könüllüləri piyadaların və sürücülərin diqqətini yol təhlükəsizliyinə cəlb edərək, onlara maarifləndirici bukletlər, CD disklər və hədiyyələr təqdim edərək, hər kəsi bu işdə təbliğatçı olmağa çağırıblar.

Hazırladı: Turac Məmmədova



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo