Axtarış: 
Qəbul imtahanlarında 700 bal yığanların adları açıqlanıb - FOTO
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 186
Bu ilki qəbul imtahanlarında rekord nəticə göstərən abituriyentlərin adları açıqlanıb. 2010/2011-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 7 nəfər maksimal nəticə - 700 bal toplayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rekord nəticə göstərən bakalavrların adlarını açıqlayıb. Qurumun rəsmi saytında yer alan məlumata görə, bunlardan iki nəfər I, iki nəfər II, üç nəfər isə IV qrup üzrə imtahan verənlərdir.

700 bal toplayan abituriyentlər:

I ixtisas qrupu
Nəriman İsmixan oğlu Məmmədli – Bakı Türk Liseyinin məzunu;
Günel Eldar qızı Abdullayeva – Şəki şəhəri Kiçik Dəhnə kənd 2 saylı orta məktəbin məzunu.

II ixtisas qrupu
İsmayıl Əkbər oğlu Kazımov – Mingəçevir şəhəri, N.Gəncəvi adına 8 saylı şəhər orta məktəbinin məzunu;
İlkin Natiq oğlu Məsimov - Bakı şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu.

IV ixtisas qrupu
Aydan Aydın qızı Həsənova - Bakı Türk Liseyinin məzunu;
Esmira Qəhrəman qızı Baxşəliyeva – Bakı şəhəri, Sabunçu rayonu, 72 saylı məktəb-liseyin məzunu;
Aygül Oktay qızı Tanrıverdiyeva – Bakı şəhəri, Binəqədi rayonu, 115 saylı orta məktəbin məzunu.

Qeyd edək ki, bu il III qrup üzrə ən yüksək nəticə göstərən olmayıb.

Hazırladı: İlkin Muradov



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo