Axtarış: 
“Təmiz şəhər” ASC-nin məktəblilər üçün yay məktəbi başa çatıb
+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 144
2010-cu il “Ekologiya ili” çərçivəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə iyulun 26-dan həyata keçirilən məktəblilər üçün “Təmiz şəhər naminə” adlı yay məktəbi başa çatıb. “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin dəstəyi ilə Quba şəhərinin Qəçrəş kəndində
keçirilmiş yay məktəbində Bakı şəhərinin 24 məktəbindən 60 məktəbli iştirak edib.
“Təmiz Şəhər”in sədri Zakir İbrahimov yay məktəbinin sonuncu günü şagirdlərlə görüşüb və ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdən danışıb. İştirakçılara tullantıların zərərsizləşdirilməsi üçün tikiləcək zavod haqqında məlumat verib.

Tədris proqramının sonunda iştirakçılar arasında tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi mövzusunda debat yarışları keçirilib.

Qeyd edək ki, tədbirin məqsədi yeniyetmələrin diqqətinin ətraf mühitin mühafizəsinə cəlb edilməsi və ekoloji maarifləndirilməsi, tullantıların düzgün idarə edilməsi, ekologiya sahəsində bilik və dünya görüşlərini genişləndirmək və ictimai müzakirələrin keçirilməsi olub. Layihə çərçivəsində mütəxəssislər məktəblilərə ətraf mühitin mühafizəsi, bərk tullantıların idarə olunması, zərərsizləşdirilməsi haqqında mühazirələr oxuyublar. AzərTAc

Hazırladı: İlkin Muradov




Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo