BEYNƏLXALQ LAYİHƏLƏR BİRGƏ LAYİHƏLƏR MİLLİ LAYİHƏLƏR
KEÇİRİLMİŞ TƏDBİRLƏR
MİLLİ DONORLAR BEYNƏLXALQ DONORLAR
QHT XƏBƏRLƏRİ
 
XƏBƏRLƏR
 
 
Arxiv
 
« Sen.2010
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
Bizim banner
 
kod almaq:
Axtarış: 
Ombudsman Şabranda ictimai dinləmə keçirib
Ombudsman Elmira Süleymanova Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə Şabran

rayonunda növbəti, sayca onuncu ictimai dinləmə keçirib, həmçinin yeni seçilmiş bələdiyyələrin işi də müzakirə olunub.

SİA-nın məlumatına görə, tədbirdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Ombudsmanı salamlayıb, ictimai dinləmənin təşkilinə görə ona minnətdarlığını bildirib, rayonun adının dəyişdirilərək Şabran olmasını yüksək qiymətləndirib, Şabran adının yaranma tarixi haqqında məlumat verib.

Məruzəçi habelə MFP üzrə rayonda görülən işlər, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, seçkilər ərəfəsində insanların sərbəst toplaşması üçün açıq və qapalı yerlərin ayrılması, bu barədə KİV vasitəsilə əhaliyə çatdırılması və digər tədbirlər haqqında məlumat verib.

İnsan Hüquqları üzrə Müvəkkil qədim və zəngin tarixi olan Şabranda keçirilən bu ictimai dinləmənin əhəmiyyətini vurğulamış, eyni zamanda bu tədbirdə çoxsaylı qadınların iştirakını yüksək dəyərləndirərək, ölkəmizdə əhalinin bütün qruplarının insan hüquq və azadlıqlarının, o cümlədən qadınların hüquqlarının müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən olduğunu diqqətə çatdırıb.

Ombudsman insan hüquqları sahəsində görülən işlər, milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması və insan hüquqlarının daha səmərəli həyata keçirilməsinə yönəlmiş qanunların qəbul edilməsi, aparılan məhkəmə hüquq islahatlarının davamı olaraq, ölkə prezidentinin müvafiq sərəncamı ilə Bakı və regionlarda Ağır cinayət məhkəmələrinin, İnzibati-iqtisadi məhkəmələrin yaradıldığı, məhkəmə qərarlarının icrasının daha da təkmilləşdirilməsi istiqamətində bir sıra qanunlara dəyişiklik və əlavələr edilməsi barədə məlumat verib.

MFP-nin həyata keçirilməsi üzrə İşçi Qrupunun rəhbəri E.Süleymanova “İnsan Hüquqları üzrə Milli Fəaliyyət Planının tətbiqi vəziyyəti, ölkədə insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər” mövzusunda məruzə edərək, bu sənədin insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəli və daha etibarlı təmini baxımından əhəmiyyət kəsb etdiyini bildirib.

Sonra Ombudsman qarşıdan gələn parlament seçkilərini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə prezidentinin bu sahədə müvafiq sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini, həmçinin MSK ilə səmərəli əməkdaşlıq əlaqələri qurduğunu, seçki hüququ ilə bağlı birgə seminarların keçirildiyini vurğulayıb.

Tədbirdə rayon prokurorunun müavini çıxış edərək, MFP-də nəzərdə tutulmuş vəzifələrin icrası istiqamətində görülmüş işlər, rayonun müvafiq dövlət orqanlarında insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaşların müraciətlərinə baxılması, əhali arasında maarifləndirmə tədbirlərinin keçirilməsi, rayonda kriminogen durum, əsassız həbslərin olmaması, məhkəmə-hüquq islahatları, məhkəmə qərarlarının icrası üzrə ölkə prezidentinin müvafiq sərəncamının vəziyyətin təkmilləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə iştirakçılara məlumat verib.

E.Süleymanova Polis Akademiyasının nəşr etdiyi “İnsan hüquqları və polis”, “Hüquq-mühafizə orqanları əməkdaşlarının davranış məcəlləsi” vəsaitlərini Şabran RPŞ-nin rəhbərliyinə təqdim etmiş və bu vəsaitlərin öyrənilməsini, treninqlərdə və təlimlərdə istifadə olunmasını, təcrübədə tətbiqini tövsiyə edib.

Hazırladı: İlkin Muradov

+  -  Çap 
Yerləşdirilib: 30.07.10 | Baxılıb: 26

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Axtarış
 

 
 
Şuranın xəbərləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
Baş redaktor Səfər Alışarlı
© 2010 www.qhtxeber.az
Powered by Danneo