BEYNƏLXALQ LAYİHƏLƏR BİRGƏ LAYİHƏLƏR MİLLİ LAYİHƏLƏR
KEÇİRİLMİŞ TƏDBİRLƏR
MİLLİ DONORLAR BEYNƏLXALQ DONORLAR
QHT XƏBƏRLƏRİ
 
XƏBƏRLƏR
 
 
Arxiv
 
« Sen.2010
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
Bizim banner
 
kod almaq:
Axtarış: 
MTRŞ Azərbaycanda mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib
Milli Televiziya və Radio Şurası (MTRŞ) mədəniyyət kanalının açılması ilə bağlı müsabiqə elan edib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, şuranın bu gün keçirilən iclasında ölkədə teleradio yayımı sahəsindəki mövcud vəziyyət müzakirə edilib. Şura üzvləri teleradio verilişlərinin daha çox şou-biznes xarakterli olması, telekanalların ucuz reytinqə üstünlük verməsi, maarifçilik xarakterli verilişlərin azlığını xüsusi qeyd edib, Azərbaycan mədəniyyətinin, tarixinin, coğrafiyasının, milli mənəvi dəyərlərinin, dünya mədəniyyəti incilərinin təbliği ilə bağlı xüsusi sahə xarakterli telekanalın (mədəniyyət televiziya kanalının) açılmasının zəruriliyi qeyd ediblər.

MTRŞ “Televiziya v Radio yayımı haqqında” qanunun 15-ci maddəsinin tələblərini nəzərə alaraq, Azərbaycanda ixtisaslaşdırılmış televiziya kanalının - mədəniyyət telekanalının açılması ilə bağlı Bakı və Abşeron ərazisində 44-cü tezlik resursuna müsabiqə elan edib. Müsabiqəyə ərizə qəbulu avqustun 04-dən sentyabrın 15-dək aparılacaq.
+  -  Çap 
Yerləşdirilib: 31.07.10 | Baxılıb: 37

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Axtarış
 

 
 
Şuranın xəbərləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
Baş redaktor Səfər Alışarlı
© 2010 www.qhtxeber.az
Powered by Danneo