BEYNƏLXALQ LAYİHƏLƏR BİRGƏ LAYİHƏLƏR MİLLİ LAYİHƏLƏR
KEÇİRİLMİŞ TƏDBİRLƏR
MİLLİ DONORLAR BEYNƏLXALQ DONORLAR
QHT XƏBƏRLƏRİ
 
XƏBƏRLƏR
 
 
Arxiv
 
« Sen.2010
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
Bizim banner
 
kod almaq:
Axtarış: 
Yol hərəkəti qaydalarına riayət edilməsində gənclər təşəbbüsü
SIMIB Dünya Bankının Azərbaycan nümayəndəliyinin maliyyə yardımı ilə yol mədəniyyəti ilə bağlı vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə iyulun 30 – da Səbayıl rayonu Azneft və Azadliq meydanları, Nefçilər prospektində “Yol hərəkəti qaydalarına riayət edilməsində gənclər təşəbbüsü” layihəsi çərçivəsində aksiya keçirib.

Son dövrlərdə ölkəmizdə yol qəzalarının sayının çoxaldığı bir zamanda tədbir aktuallığı baxımından zəruridir. Belə ki, 2009- cu ilin hesabatlarına görə, Azərbaycanda yol qəzalarının sayı artmış, bunun nəticəsində xəsarət alanlar da çoxalmışdır.

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Dünya Bankının Azərbaycan nümayəndəliyinin maliyyə yardımı ilə yol mədəniyyəti ilə bağlı vətəndaşlarımızın maarifləndirilməsi məqsədilə iyulun 30 – da Səbayıl rayonu Azneft və Azadliq meydanları, Nefçilər prospektində  Yol hərəkəti qaydalarına riayət edilməsində gənclər təşəbbüsü  layihəsi çərçivəsində aksiya keçirib. Qeyd edək ki, layihənin həyata keçirilməsində başlıca məqsəd sürücü və piyadalara yol mədəniyyəti barədə məlumat verərək, düzgün və təhlükəsiz yoldan istifadə qaydalarının öyrədilməsidir.

Könüllülərin iştirakı ilə reallaşan aksiyada Azərbaycan Respublikası DİN-in Dövlət Yol Polisi İdarəsinin  Yol Patrul xidməti şöbəsinin rəisi, polkis polkovniki Ərəstun Məcidov, həmin şöbənin Dövlət avtomobil müfəttişi, polis mayoru İqbal Əhmədov, layihənin eksperti ANS-in “Qulp” verlişinin əməkdaşı Teymur Məmmədov, Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbərliyi, KİV nümayəndələri, QHT-lər  və digər rəsmi şəxslər iştirak etdilər.

Tədbirdə çıxış edən birliyin sədri Anar Xəlilov layihənin günümüz üçün vacibliyini qeyd edərək, bəzən yol hərəkəti qəzalarının baş verməsində piyadaların da günahkar olduğunu bildirdi: “Bu gün şəhərin bütün avtomobil yollarında demək olar ki, hər gün yol qəza hadisələri törədilir. Buna səbəb sürücülər tərəfindən yol hərəkət qaydalarına riayət olunmaması, yəni yüksək sürət, ötmə qaydalarına düzgün əməl etməmək, qadağan olunmuş yol nişanlarına diqqətsizlik və s. hərəkətlərdir. Həmçinin piyadalar tərəfindən onlar üçün nəzərdə tutulmayan yollardan keçid vasitəsi kimi istifadə etmələridir. Demək olar ki, sürücülərin böyük əksəriyyəti təhlükəsizlik kəmərlərindən ancaq Dövlət Yol polislərinin xüsusi reydləri zamanı istifadə edirlər. Bəzən yol hərəkətindən düzgün istifadə etməməyimizin nəticəsində yol hadisələrinin baş verməsinə sürücülər kimi piyadalar da şərait yaradır. Bu səbəbdən düşünürük ki, bu qaydaları bilmək hamımızın borcudur”.

Qeyd edək ki, layihənin ilkin mərhələsi Beynəlxalq Avtovağzal kompleksində reallaşıbdı. Keçirilən aksiya zamanı Birliyin könüllüləri piyadaların və sürücülərin diqqətini yol təhlükəsizliyinə cəlb edərək, onlara maarifləndirici bukletlər, CD disklər və hədiyyələr təqdim edərək, hər kəsi bu işdə təbliğatçı olmağa çağırdılar. Aksiya çərçivəsində yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında hər kəsin könüllü olaraq bu işə dəstək verməsi işi təmin edilmişdi. Aksiya zamanı sürücülər könüllülər tərəfindən yol mədəniyyətinə və avtomobilləri idarə edərkən təhlükəsizlik qaydalarına əməl etməyə çağırıldı, piyadalar onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə  etməyə dəvət edildi.

Xatırladaq ki, aksiya zamanı, Səbail rayon Polis İdarəsinin DYP şöbəsinin əməkdaşları yaxından iştirak etmişlər

+  -  Çap 
Yerləşdirilib: 31.07.10 | Baxılıb: 22

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Axtarış
 

 
 
Şuranın xəbərləri
 
 
 
 
 
 
 
 
 
 
 
 
Baş redaktor Səfər Alışarlı
© 2010 www.qhtxeber.az
Powered by Danneo