Axtarış: 
Xızıda ictimai dinləmələr keçirilib
+  -  Çap 
Yerləşdirilib: 01.08.10 | Baxılıb: 116
İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə Xızıda ictimai dinləmələr keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ictimai dinləmələrdə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatları, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev MFP-nın qəbul olunmasının əhəmiyyətini qeyd edib, habelə vətəndaşların müraciətlərinə baxılması, qəbulların keçirilməsi haqqında məlumat verib. O, rayon sakinlərinin qaz və işıqla təmin edildiyini, cinayət hadisələrinə az rast gəlindiyini, narkomaniya ilə mübarizə aparıldığını söyləmiş, eyni zamanda rayonda hələ də su, kanalizasiya və yollarla bağlı problemlərin mövcudluğunu vurğulayıb.
Dinləmələrdə iştirak edən Ombudsman Elmira Süleymanova Azərbaycanda həyata keçirilən demokratik-hüquqi və sosial-iqtisadi islahatları müsbət dəyərləndirib, insan hüquq və azadlıqlarının dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu diqqətə çatdırıb.
Ombudsman qarşıdan gələn parlament seçkisi ilə bağlı seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, dövlət başçısının müvafiq sərəncamlarının əhəmiyyətinİ və bu sənədlərin təbliğinin zəruriliyini, eyni zamanda bütün namizədlərə bərabər imkanların yaradıldığını, seçki prosesinə müdaxilənin yolverilməzliyini vurğulayıb.

Müvəkkil səfəri çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə Xızı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib, hüquq pozuntuları aşkar edilməyib, müəssisənin müvafiq standartlara uyğun olduğu müəyyən olunub.
Eyni zamanda vətəndaşların şəxsiyyət vəsiqəsi ilə təmin olunma vəziyyəti araşdırılıb və müvafiq tapşırıqlar verilib.

Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo