Rusiya
Prezidenti Administrasiyasının başçısı Sergey Narışkin RF-in Azərbaycandakı
Səfirliyində "1941-1945-ci illərdə Böyük Vətən müharibəsindəki Qələbənin
65 illiyi" stolüstü medallarını təqdim edib.
Medallar
Rusiya Prezidenti Dmitri Medvedevin başçılıq etdiyi "Qələbə" təşkilat
komitəsi tərəfindən təsis olunub.
"Qələbə"
mükafatlarının təqdim edilməsi zamanı Azərbaycanın ictimai təşkilatlarının və
ayrı-ayrı vətəndaşlarının veteranlarla işlərdə və Qələbənin 65 illiyi
təntənələrinin keçirilməsində önəmli rolu qeyd olunub. Azərbaycan Prezidenti
İlham Əliyev və Azərbaycan Respublikası Müharibə Veteranları Şurası medallar və
fəxri fərmanlarla təltif ediliblər.
Həmçinin,
medallar Leninqrad Blokadası İştirakçıları İctimai Birliyinə, Nərimanov Rayon
İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə, eləcə də RF-in Azərbaycandakı
Səfirliyinə təqdim olunub.
Mərasimdə
Böyük Vətən müharibəsi veteranları, eləcə də Leninqrad mühasirəsinin
iştirakçıları iştirak ediblər.
"Biz
heç vaxt əlində silah Qələbə naminə döyüşənlərin qəhrəmanlığını unutmayacağıq.
Sovet xalqının birliyi sayəsində bizim üçün və bütün Avropa üçün qələbə əldə
olundu", - Narışkin tədbirdə deyib.
"Biz
Prezident İlham Əliyevə minnətdarıq, biz Azərbaycan hakimiyyəti və
siyasətçilərinin, eləcə də Böyük Vətən müharibəsinin dərslərinin
qorunub-saxlanması üçün əllərindən gələn hər şeyi edən tarixçilərin mövqeyini
qiymətləndiririk. Bu gün mən böyük məmnuniyyətlə fəxri fərmanı və medalı İlham
Heydəroviç Əliyevə təqdim etmək istəyirəm", - Rusiya Prezidenti
Administrasiyasının rəhbəri deyib.
|