Axtarış: 
Ermənilər şəhid gizirimizin meyitinin şəkillərini yayıblar
+  -  Çap 
Yerləşdirilib: 03.08.10 | Baxılıb: 292
Ermənilər Qızıl Xaç Komitəsinin sorğusuna cavab olaraq bildiriblər ki, azərbaycanlı gizir Mübariz İbrahimovun meyiti nə Ermənistanda, nə də Dağlıq Qarabağdadır. Amma ermənilərin odnoklassniki.ru saytında Azərbaycanın şəhid giziri Mübariz İbrahimovun meyitini əks etdirən fotoşəkillər yerləşdirmələri onların hiylə və yalançılığını bir daha ortaya qoyub.
Təəssüf ki, hələlik Beynəlxalq Qızıl Xaç Komitəsinin təşəbbüsləri bir nəticə vermir. Ermənilər isə heç bir bəşəri və insani normalarla bir çərçivəyə sığmayan əməllərlə məşğuldurlar. Onlar internetdə şəhid hərbçimizin fotoşəkillərini yerləşdirməklə azərbaycanlılara acıq verir, şəhidimizin ünvanına təhqiramiz ifadələr yazırlar.
Görünür Mübariz İbrahimovun 6 erməni hərbçisini öldürməsi düşmənlərə çox pis təsir edib. Erməni vəhşilərinin Mübarizin meyitinin əllərini bağlaması düşmənin onun ölüsündən də qorxmasına işarədir.
Şəhid Mübariz İbrahimov 2006-cı ildə Biləsuvar rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Ötən il daxili qoşun hissələrində xidmətini başa vurduqdan sonra o, gizir kimi orduda hərbi xidmətini davam etdirirdi. O, iyunun 19-da cəbhənin Tərtər rayonunun Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən qəhrəmanlıqla şəhid olub olub. İşğalçılar hələ də onun cəsədini qaytarmaqdan imtina edirlər.
M.İbrahimova ölümündən sonra Prezident tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Hazırladı: Orxan                                                   


























































Son şərhlər - 4
Səhifələr : 1
Məmmədova Xuraman Novruz q&#



 03.08.10 12:57
Bu şəkillərə baxanda insanın damarlarında qanı donur. Bütün bu vəhşilikləri bizim Azərbaycan oğulları unutmamalı və hər zaman qəlblərində yaşatmalıdırlar! İnşallah ki, sənin və sənin kimi oğulların qanı yerdə qalmaz. Məkanın cənnət olsun Mübariz!!!
Ceyhun



 07.08.10 15:01
Sehidler olmez veten bolunmez
natiq oruczade berde seheri



 08.08.10 07:37
Mubariz ruhunun qarsisinda bas eyirem.Allah rehmetini uzerinden eksik etmesin.Allaha AND olsun ki olmeden evvel senin kimi olen butun QEHRAMANLARIMIZIN qanini yerde qoymayacam intiqaminizi alacam,Allah rehmet etin
MMQ



 10.08.10 00:06
Nə deyim. vallah imkanim olsa men de onunla o anda yaninda olmaq istərdim. Allah rehmet etsin. İnaniram ki onun qanini imkanli balalri deyil, ele kasib balalri alacaqlar. O, gün uzaqda deyil !!!
Səhifələr : 1
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo