Axtarış: 
Şuranın maliyyə dəstəyi ilə “Müstəqil Həyat” təşkilatı əlil uşaqların cəmiyyətə yararlılığına çalışır
+  -  Çap 
Yerləşdirilib: 05.08.10 | Baxılıb: 466
qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzi tərəfindən “Hər bir uşaq-bir istedad” adlı layihəsi

çərçivəsində tədbir həyata keçiriləcək. Tədbirdə inklyüziya, müəssərlik, əlilliyi olan uşaqların problemlərinin həlli yolları haqqında təqdimat və müzakirələr aparılacaq.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, respublikamızda 2034400 uşaqdan 56 433-ü müxtəlif problemli əlildir. Səhiyyə Nazirliyinin Uşaq Ruhi Nevroloji Dispanserinin 2009-cu il məlumatına görə 10 102 uşaq qeydiyyatdadır. Bakı şəhəri Uşaq Nevroloji Xəstəxanasının rəsmi göstəricilərində isə xüsusi qayğıya ehtiyacı olan uşaqlardan uşaq serebral iflici dioqnozu ilə 800-ə yaxın uşaq dərsləri müvəqqəti dayandırmaqla xəstəxanada müalicə aldığı yer alıb. Qeyd etmək lazımdır ki, 5869 nəfər fiziki qüsurludur və onlardan 2968 nəfər çətin hərəkət qabiliyyətinə malik olan uşaqlar və gənclərdir.

Bəzi ailələrdə sosial şərait və ekoloji problemlər həyata xəstə uşağın doğulmasına səbəb olur. Nəticədə, ailədə problem daha da artır. (həm maddi zərbə-valideynlərin biri məcburiyət qarşısında işdən çıxıb uşağa baxmalı, həm də ki, mənəvi zərbə - bizim mentalitetə uyğun psixoloji durum – uşaq qapalı şəraitdə saxlanır, cəmiyyətdən ayrılır)

Keçiriləcək dəyirmi masanın əsas məqsədi bu cür uşaqların cəmiyyətə yararlı halda qaytarılması işinə kömək etməkdən ibarətdir.

Dəyirmi masa avqustun 10-da saat 12-00-da baş tutacaq.

Hazırladı: Səbinə Cahandarova


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo