Axtarış: 
Şuranın maliyyə dəstəyi ilə “Sən də könüllü ol!” maarifləndirici aksiya həyata keçirilir
+  -  Çap 
Yerləşdirilib: 09.08.10 | Baxılıb: 563

qhtxeber.az// Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial problemlərin həllində könüllülük fəaliyyətinin inkişafı” layihəsi

çərçivəsində “Sən də könüllü ol!” maarifləndirici aksiya həyata keçirir.

Əsasən region gəncləri arasında könüllülüyün təşviq edilməsi və gücləndirilməsi məqsədilə həyata keçirilən bu aksiya gənclər arasında sosial sahələrdə könüllülük işinə maraq oyatmağı nəzərdə tutub. 

Mərkəzin direktor müavini Elnur Axundov qhtxeber.az-a bildirib ki, “Bu gün gənclərimiz müəyyən vaxt çərçivəsində könüllülük prinsipi əsasında işləyib, təcrübə qazanmağa meylli deyillər. Onlar təcrübə tələb etməyən və yaxşı məvacib verə biləcək iş axtarırlar. Bu baxımdan biz belə bir maarifləndirici aksiya keçirməklə gəncləri könüllü olaraq müxtəlif ictimai işlərdə çalışmağa səsləyirik. Çünki bu gün bizim yüzlərlə əlil gəncimizin, ahıl və kimsəsiz insanlarımızın, qaçqın və məcburi köçkünlərimizin sosial ehtiyaclarını qarşılamaq və ölkəmiz üçün əhəmiyyətli olan müxtəlif sahələrdə könüllü əməyinə ciddi ehtiyac var”.

Bu məqsədlə, Bakı şəhəri və Aran rayonlarında keçirilən aksiya çərçivəsində ictimai yerlərdə gənclərə müxtəlif maarifləndirici vəsaitlər paylanır, onlarla fərdi söhbətlər aparılır və nümunə olaraq könüllü fəaliyyətlər göstərilir.

Aksiya sosial şəbəkələrdə də yaxın günlərdə davam etdiriləcək.

Hazırladı: Turac Məmmədova

 


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo