qhtxeber.az//
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Azərbaycan Respublikası
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Avrointeqrasiya prosesində KİV-in
rolu” adlı layihəsinə start verib.
Qeyd edək ki, AGAT layihə çərçivəsində jurnalistlər
üçün seminar keçirəcək. Layihənin məqsədi Azərbaycan KİV-ini avrointeqrasiya
prosesini düzgün dərk etməsi üçün yönəltmək, avrointeqrasiyanın Azərbaycan üçün
vəd etdiyi perspektivlərini KİV-ə çatdırmaq və Avrointeqrasiya prosesində Azərbaycanın
milli-mənəvi dəyərlərinin aşınmamasına nail olmağa çalışmaqdır.
Seminarda iştirak etmək üçün jurnalistlərin seçim
turundan keçməsi vacibdir. Bunun üçün agat.ngo@... ünvanına öz CV-lərini
göndərmələri kifayətdir. Seminarda iştirak edəcək jurnalistlərə dəvət məktubu
göndəriləcək.
Son müraciət tarixi 10 avqust, 2010-cu ildir. Seminarın
keçirilme yeri, tarixi barədə məlumat seminarda iştirak edəcək jurnalistlərə
veriləcək.
Hazırladı: Orxan
|