QHT TV
Arxiv
Sen.2014
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     


Axtarış: 
Pulsuz online hüquqi məsləhət almaq istəyirsiniz?
+  -  Çap 
Yerləşdirilib: 11.08.10 | Baxılıb: 2073

qhtxeber.az// Sizin hüquqlarınız pozulub, siz öz hüquqlarınızı bilmirsiniz, hüquqi məsləhətə ehtiyacınız var, amma pulunuzu və vaxtınızı sərf etmək istəmirsiniz. O zaman sizin pulsuz, online hüquqi məsləhətə ehtiyacınız var.

L.E.O. Consulting MMC aşağıdakı problemlərlə bağlı online pulsuz hüquqi məsləhət verir:

Ailə qanunvericiliyi;

Atalığın müəyyən edilməsinə dair mübahisələr;

Nigah müqavilələrinin bağlanması;

Boşanma və bundan irəli gələn əmlak mübahisələrinin həlli;

Aliment;

Vərəsəlik hüququ ilə bağlı məsələlər;

Vəsiyyətnamənin etibarsız hesab edilməsi;

Öhdəlik münasibətləri;

Müqavilələrin tərtib olunması və s.;

Borcların qaytarılması (banklarla yaranan kredit mübahisələri);

Əmək mübahisələrinin həlli;

Sosial təminat məsələləri (əmək pensiyasi, sosial müavinət və s.)

Maddi və mənəvi ziyan;

Cinayət yolu ilə vurulmuş ziyanın ödənilməsi;

İstehlakçı hüquqları (alınmış malların geri qaytarılması, qarantiya problemləri və s.)

Notariat hərəkətləri ilə bağlı;

Mülkiyyət hüququ;

Yaşayış binasının tərkib hissəsinə mülkiyyət və istifadə hüququ;

Girov və ipoteka;

Daşınar və daşınmaz əmlakın alqı - satqısı;

Məhkəmədə prosessual məsələlərlə bağlı;

Dövlət rüsumlarının miqdarı barədə məlumat;

Vergi qanunvericiliyi və digər hüquqi məsələlər.

İstənilən şəxs yuxarıda qeyd edilən problemlərlə bağlı leo_consulting@ymail.com ünvanına müraciət edə bilər.

Tel: (012) 491 52 18

Web: http://leocons.az

E-mail: leo_consulting@ymail.com

Hazırladı: İlkin Muradov


 FaceBook Twitter

Son şərhlər - 23
Səhifələr : 1 2 3 4  #
Sadıqov Şahin



 19.05.11 09:37
Hörmətli əməkdaşlar! Məlumat verək ki, Umid Azərbaycan MMC tərəfindən Evrostar MMC 9000AZN dəyərində mal satılmış və müvafiq sənədlər tərtib edilib imzalanmışdır. Alınmış malın dəyərinin ödənilməsi üçün alıcı təşkilata 6 ay vaxt verilmişdir. Amma alıcı malın dəyərini hətta 10 ay ərzindədə ödəmir. Səbəbi isə odur ki, hələlik müəssisənin imkanı yoxdur və imkan olanda ödəyəcəkdir. Sonradan məlum olub ki, həmin firma digər müəssisələrdən də mal alıb, amma dəyərini ödəməyib. Sizdən xahiş edilir cavablandırasınız, bu halda nə edim? Reallıqda hansı orqan mənə kömək edə bilər? Hörmətlə, Sadıqov Şahin
Vüqar Abbasov



 01.08.11 22:33
Hər vaxtınız xeyir. 1996-cı ildə Sumqait şəhərində qohumlarımln birinin adına ev almışam və oranı müvəqqəti yaşamaq ücün qardaçşımı məskunlaşdırmişam. Hal hazırda maddı vəziyyətim pis olduguna görə Bakıdakı evi satmışam və bacım gildə qaliram. Sumqaitdəki evi isə adıma kecirməyə maddi durumum yetərli deyil. Sizdən məsləhət almaq istiyərdimki bu məsələni başqa cür hüquqi yolla nəcur həll edə bilərəm? əvvəcədən təşəkkür edirəm.
Latifa



 18.08.11 22:58
Sualim beledir: 2006-ci lin oktyabr ayinda aile qurmush ve qaynana yaninda yashamish, lakin o menzilde hech bir qeydiyata dushmemish, 2011-ci ilde boshanma prosesine bashlamish qadina boshanmanin neticesi olaraq o menzilden pay dushurmu?
Rahilə



 04.01.12 10:02
Salam. hörmətli cənab. mən 5 otaqlı mənzildə yaşayıram.Mənzilin 2 otağı mənə rəhmətə getmiş ərimdən miras qalıb.Mənzilin 3 otağı dünyasını dəyişmiş qaynatamdan baldızlarıma mirasdır.Hərçəng ki,baldızım evi satıb ayırmaq istəmir.hörmətli cənab sualım belədir mən nə edə bilərəm? yəni məhkəməyə müraciət etsəm 2 otağı ayıra bilərəm və ya mənə bir yol göstərin xahiş edirəm.
Rahilə



 29.01.12 16:51
salam zehmet olmasa sualima cavab yazardiz. Salam. hörmətli cənab. mən 5 otaqlı mənzildə yaşayıram.Mənzilin 2 otağı mənə rəhmətə getmiş ərimdən miras qalıb.Mənzilin 3 otağı dünyasını dəyişmiş qaynatamdan baldızlarıma mirasdır.Hərçəng ki,baldızım evi satıb ayırmaq istəmir.hörmətli cənab sualım belədir mən nə edə bilərəm? yəni məhkəməyə müraciət etsəm 2 otağı ayıra bilərəm və ya mənə bir yol göstərin xahiş edirəm.
nahid



 04.03.12 18:22
bələdiyyə sənədi ilə torpaq alınıb ancaq eyni vaxtda torpaq başqasına satılıb. hemin adam da torpağı rəsmi sənədlə öz adına keçirib.men o torpaqda ev de tikmişəm.indi ne etməliyem,evvelcədən teşekkürlər
Namiq



 03.05.12 13:09
Salam!Sizi narahat etməyimə səbəb odur ki,bizim binadan 4 metr aralıda 1960 ildən bir bag sahəsi salmışıq, lakin onu sənədləşdirməmişik.Bilmək istərdim, bunu necə etməli və hara müraciət etməliyik.Bakı şəhəri Həzi Aslanov qəsəbəsində yaşayırıq.
Səhifələr : 1 2 3 4  #
Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Baş redaktor Sənan Nəcəfov
2014 www.qhtxeber.az
Powered by Danneo