Axtarış: 
Ailəsi ilə birlikdə Azərbaycana keçmiş Ermənistan vətəndaşı: “Ermənilər müharibədən yorulublar”
+  -  Çap 
Yerləşdirilib: 11.08.10 | Baxılıb: 175

“Ermənistanın müdafiə naziri Seyran Ohanyan bizi təhvil almağa gəlmişdi, bildirdik ki, geri qayıtmaq istəmirik”. 2010-cu ilin yanvarında ailəsi ilə birlikdə Azərbaycana keçmiş Ermənistan vətəndaşı Yeğişe Gevorkyan geri dönmək niyyətində deyil və üçüncü ölkəyə getmək istəyir. 

Y. Gevorkyan APA-ya açıqlamasında işsizlik və ümidsizlikdən bezərək, həyat yoldaşı Ruzanna, övladları Alfred, Qayane və Petrosla birlikdə Azərbaycana sığındığını deyib. Hazırda onlar üçüncü ölkəyə göndərilmələrini gözləyirlər. Ruzanna “Hara olsa, getməyə hazırıq. Təki Ermənistana qayıtmayaq”, söyləyib. Y. Gevorkyan Azərbaycana qaçmaq barədə qərar qəbul etdiyi anı belə xatırlayır: “Dilənçi kökündə yaşamaqdan və doğulduğumuz, yaşadığımız şəhərdə səsvermə hüququndan məhrum edilməkdən boğaza yığılmışdıq. Yanvarın 10-da parlament seçkilərində səs vermək üçün məntəqəyə getdim. Lakin siyahıda adım yox idi. Məsələni araşdırmaq istədim. Necə ola bilər ki, bir neçə ay əvvəl mer seçkisi zamanı səs verdiyim halda, indi adım siyahıda olmur? Lakin onlar məsələni araşdırmaq əvəzinə, məni məntəqədən qovdular. Milli Təhlükəsizlik Nazirliyinə şikayət etdim, lakin məni oradan da qovdular. Evə qayıdıb sənədlərimi topladım və Azərbaycan sərhədini keçmək qərarına gəldim”.

Y. Gevorkyan Ermənistanda ayda 26 min 500 dram (60-70 dollar) gəlirlə yaşamaq məcburiyyətində qaldıqlarını söyləyib. Ruzanna isə iş tapmaq və həyat yoldaşına kömək etmək üçün dəfələrlə cəhd göstərdiyini, lakin İrəvanda iş tapmağın çox çətin olduğunu bildirib: “Bu durum məni o qədər bezdirmişdi ki, anamı, qardaşımı, evimi atıb bura gəlməyə üstünlük verdim. İrəvanda bizim günümüzdə olan ailələr çoxdur. Hamı qaçmaq üçün nəyinisə satır”.

Y. Gevorkyan avtomobillə Sədərək istiqamətindən sərhədi keçdiklərini və bu zaman erməni əsgərləri tərəfindən atəşə tutulduqlarını deyib: “Maşını bütün istiqamətlərdən atəşə tutdular. Güllə yağışı altında sərhədi keçdik. Azərbaycan tərəfdə bizi yaxşı qarşıladılar. İkinci gün qayıtmaq istəyib-istəmədiyimizi soruşdular. Ermənistanın müdafiə naziri Seyran Ohanyan bizi təhvil almağa gəlmişdi. Lakin o zaman da söylədik, indi də təkrarlayıram ki, geri dönmək istəmirik. Parlament buraxılmayınca, prezident dəyişməyincə Ermənistanda vəziyyət düzəlməyəcək. Bizim prezident xalq tərəfindən seçilməyib. Seçilmiş olsaydı, insanlar niyə etiraz mitinqləri keçirirdi? Oturub insanlarla danışmaq əvəzinə, onları dağıtdı. Təcridxanalar ağzına qədər dolu idi. On nəfərlik kameralara 16-18 adam doldurmuşdurlar”.

Ermənilərin Dağlıq Qarabağ münaqişəsi və azərbaycanlılara münasibətindən danışan Y. Gevorkyan ermənilərin müharibədən yorulduğunu söyləyib: “İrəvan erməniləri sülh tərəfdarıdır. Lakin prezident kompromislərə getmir və yalnız öz kreslosunu düşünür. Azərbaycanlılara münasibət ümumən normaldır. Mənim yaşadığım yerdə - şəhərin mərkəzində Nərimanov küçəsi vardı. Çoxlu azərbaycanlı yaşayırdı. Mən onlarla birlikdə böyümüşəm. Müharibəyə isə getmədim. Əlimə silah götürüb insanları öldürmək istəmədim”.


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo