Axtarış: 
İnfeksion xəstəliklər /cavanlaşır/
+  -  Çap 
Yerləşdirilib: 11.08.10 | Baxılıb: 211
İnformasiyalara görə, hər il ABŞ-da minlərlə ton yarımfabrikatlar və hazır qidalar istehsal olunur ki, onun da 85-90 faizi başqa ölkələrə ixrac olunur. Amma bunların çoxu həmin ölkələr tərəfindən sanitar-gigiyenik və digər standartlara uyğun gəlmədiyindən geri qaytarılır. Bu isə o deməkdir ki, ölkələrin məlumatına görə, həmin xəstəliklərin artmasının əsas səbəblərindən biri də kasıbçılıqdır. Çünki kasıb əhalinin immunoloji vəziyyəti zəif olur. Hazırda Afrika ölkələrini inkişafdan saxlayan parazitar xəstəliklərdir. Çirkli su və lyambliya qurdları

Azərbaycanda parazitar xəstəliklərin artmasının səbəblərini mütəxəssislər keyfiyyətsiz ərzaq məhsullarından, küçədə satılan "müalicəvi" otlardan, "təcili yeməklər"lər, kimyəvi boyalarla rənglənmiş sulardan çox istifadədə, yeyinti sənayesində, ticarətdə, ictimai-iaşədə baş alıb gedən antisanitariya şəraitində axtarılmasını bildirirlər. İnsan parazitləri arasında ağız boşluğunun amöb və trixomonadaları birinci yerdədir. Yer kürəsində elə bir ölkə yoxdur ki, onun əhalisi bu parazitlərlə rastlaşmasın. Toksoplazmoz isə yoluxma hallarına görə qadınlar üçün əsl problemə çevrilib.
Bu heyvani infeksiya insana 3 yolla - bitki, ət məhsulları və bətndaxili yolla yoluxur. Digər regionlarda olduğu kimi, Azərbaycanda da toksoplazmoz qadınlar arasında daha geniş yayılıb. Belə ki, onlar təsərrüfat-məişət işləri ilə əlaqədar hər gün ət və bitki məhsulları ilə məşğul olduqları üçün yoluxma riskinə daha artıq məruz qalırlar. Ən yüksək göstərici daim çəkilmiş ətin dadını yoxlayan qadınlar arasında aşkar edilir. Bakı şəhərində suyun tərkibi ilə problemlərin olması, xüsusilə uşaqlar arasında lyambliyozun geniş yayılmasına gətirib çıxarıb. Tərəvəzlər də əsas parazit keçiriciləridir. Lyambliyoz uşaqların sağlamlığına böyük ziyan vurur. Vitamin çatışmazlığı, ishal, dişlərin çürüməsi, allergiya, qəbzlik yaranır, uşaqlar zehni cəhətdən zəif inkişaf edir. Ən böyük problem isə ondadır ki, artıq çoxdandır ki, Parazitologiya İnstitutunun fəaliyyəti dayandırılıb, mütəxəssislərin çoxu xaricə işləməyə gedib. Məhz buna görə də ölkədə parazitoloji diaqnostika və müalicənin təyin olunmasında ciddi səhvlərə yol verilir. Bəzi səhiyyə müəssisələrində bu sahədə laboratoriya analizləri formal aparılır. "Təcili yemək"lər hazırlayan iaşə müəssisələrində məhz qadınlar yeyinti məhsullarıyla daha çox təmasda olurlar. Onların mədə-bağırsaq və parazitar xəstəliklərə yoluxması daha çox baş verir. Çox təəssüf ki, ticarət, şadlıq evləri, yeyinti istehsalı və satışıyla məşğul olanların profilaktik müayinələri onların sanitar kitablarına möhür vurmaqla yekunlaşır. Buna görə də hazırda ticarət, çörəkbişirmə, dönərxana, yeyinti istehsalı sahələrində və "təcili yemək" müəssisələrində çoxsaylı infeksion xəstəliyə tutulmuş adamlar çalışır. Gigiyena və Epidemiologiya Mərkəzi isə bu müəssisələrdən "aylıq haqq" almaqla işlərini bitmiş hesab edirlər. "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunun 20-ci maddəsində deyilir: "İctimai bitkilər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar, ərzaq xammallarının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı tibbi-bioloji tələblərə, sanitariya normalarına və qidalarına, gigiyena normativlərinə əməl etməli, qida məhsullarına yeni əlavələri, xüsusi qatılan bioloji aktiv maddələri, yeni istehsal texnoloqlarını, istehsal xammallarını və qida məhsullarını, habelə ərzaq məhsulları və xammal ilə təmasda olan qablar, polimer və başqa materialları yalnız toksikoloji-gigiyena rəyi verildikdən sonra və Səhiyyə Nazirliyinin icazəsi ilə müəyyənləşdirilmiş qaydada tətbiq etməlidirlər". Qanunun 24-cü maddəsində isə deyilir: "Əhalinin sağlamlığını qorumaq, yoluxucu və parazitar xəstəliklərinə yol verməmək, peşə xəstəliklərinin və zəhərlənmələrin, bədbəxt hadisələrin qarşısını almaq, əməyin təhlükəsizliyini təmin etmək məqsədilə müəssisələrin, təşkilatların, idarələrin işçiləri və vətəndaşlar işə qəbul olunmazdan əvvəl və vaxtaşırı tibbi müayinədən keçməlidirlər". Müəssisələrin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər tibbi müayinədən keçməyən, sağlamlıq vəziyyətinə görə əksəriyyətində, xüsusilə Avropa ölkələrində ərzaq məhsullarının dövlət standartları və sanitar-epidemioloji nəzarət xidməti çox düzgün təşkil edilib. Azərbaycanda bənzər hadisələrin baş verib-vermədiyini söyləmək çox çətindir, ancaq ehtimal etmək olar ki, bizim bu sahəyə nəzarət edən orqanların Amerikadan gələn keyfiyyətsiz məhsulları geri qaytarmasına sadəcə, cürətləri çatmaz. Çünki dediyimiz orqanların "payı" çatdıqda onlar bizlərin heyvan yeməyindən istifadəmizə də razılıq verəcəklər. Araşdırmalar göstərir ki, Rusiyada əhalinin 60 faizi qastrit xəstəliyinə düçar olub. Kalininqrad və İvanovo vilayətlərində mal və insanlar arasında exinokok xəstəliyi geniş yayılıb. Səbəb kimi mal yemlərində exinokok qurdlarının çox yayılması və həmin mal ətindən yarımfabrikatlardan və yarımbişmiş "hazır" yeməklərdə artıq dərəcədə istifadə edilməsi göstərilir. Rusiyada mədə-bağırsaq yaralarının, onkoloji xəstəliklərinin artmasının başlıca səbəblərindən biri də budur. Türkiyədə isə artıq çoxdardır ki, belə növ xəstəliklər insanlara əziyyət verir. Təcrübə ilə sübut olunub ki, ABŞ və Kanadada "qərb tipli qidalanma"ya üstünlük verildiyindən bu ölkələrdə yorğun və düz bağırsaq xəstəliklərinin, o cümlədən, xərçəngin sayı artıb. Ancaq qidalanmada dəniz və tərəvəz məhsullarından daha çox istifadə edən Yaponiya və Çin əhalisində belə xəstəliklərə az rast gəlmək olar.
Tədqiqatlar nəticəsində öyrənilib ki, heyvan mənşəli qidalardan və "təcili yeməklərdən" çox istifadə bağırsağın işinin ləngiməsinə gətirir çıxarır, nəticədə də toksinlər orqanizmdə uzun müddət qalır, disbakterioza və qaraciyərin fəaliyyətinin pozulmasına səbəb olur. Bəs "qərb tipli qidalanma", "təcili yemək" - dönər, lahmacun, hamburger, pizza, çizburger, hot-doq, şaurma və üstündən içilən kimyəvi boyalarla rənglənmiş sular ölkə vətəndaşlarına nə verib? Müşahidələr və təhlillər göstərir ki, ölkəmizdə mədə-bağırsaq xəstəlikləri kimi yoğun və düz bağırsağın iltihabı, şiş, infeksion xəstəlikləri, qastrit, pankreatit, xora xəstəlikləri geniş yayılıb, bu sistemdə parazitar xəstəliklərin xeyli artımı müşahidə edilir. Bu xəstəliklər əvvəllər ən çox yaşlı nəsildə əmələ gəlirdisə, indi onlar "cavanlaşıb" məktəblilərin və tələbələrin əksəriyyətinin əsl bəlasına çevrilib. Bunun da əsl səbəbi ayaqüstü, quru, yarımbişmiş, açıq odda 5-7 dəqiqəyə "bişirilən" dönərlərin, hamburgerlərin, şaurmaların, pizzaların, lahmacunların və s. "təcili yemək"lərin populyarlaşması, üstündən də soyuq "Coca-cola"ların, "Fanta"ların və kimyəvi boyaların içilməsidir. Mənşəyi məlum olmayan, bazarlarda üstünə "keyfiyyətlidir" baytar möhürü vurulmuş, əslində ölü heyvan ətindən, GMO toyun budlarından, ucuz və kübrələnmiş tərəvəzlərdən qeyd etdiyimiz "mütərəqqi üsullar"la hazırlanmış "təcili yeməklər"in qəbulu vəziyyəti daha da təhlükəli edir. Hər bir yeməyin hazırlanması dərman resepti kimi bir şeydir. Onun hazırlanma və istifadə qaydaları mövcuddur. Hər bir ət məhsulu ən azı 40-45 dəqiqə bişməlidir. Yalnız bu vaxt ərzində ətdə olan xəstəlik törədiciləri və mikroblar məhv ola bilər. Dönərlər bir neçə dəqiqəyə odda hazırlanmaqla əhaliyə, ən çox da cavan (məktəblilər və tələbələr burada üstünlük təşkil edir) adamlara satılır. Türk dönər mütəxəssisinin dediyinə görə, dönəlrə qazda istiyə verildikdən sonra sobada gil qabda bir neçə dəqiqə qalmalıdır. Çox təəssüf ki, bu "reseptə" əməl edən dönərçi görməmişik. Tədqiqatlar nəticəsində sübut olunub ki, mədə və 12 barmaq bağırsağın iltihabı və xora xəstəliklərinin törədiciləri mikroblardır. Sosial stresslər və psixo-emosional amillər bu xəstəliklərin yaranmasına "kömək" edir. Bu kəşfə görə Avstraliya tibb alimləri 2005-ci ilin Nobel mükafatına layiq görülüblər. Son illər mədə-bağırsaq sistemində ən çox parazitar xəstəliklərin çoxalması müşahidə olunur. Beynəlxalq ticarətin və turizmin inkişafı, hiperurbanizasiya, xalqlararası müharibələr, miqrasiya proseslərinin intensivləşməsi parazitar xəstəliklərinin "seydan sulamasına", onların bir regiondan başqa regiona daşınmasına səbəb olur. ÜST-ün yararsız hesab edilən şəxslərin işə buraxılmaması və işçilərin vaxtaşırı tibbi müayinədən keçməsi üçün məsuliyyət daşıyırlar". Qanunun bu tələbləri isə təəssüf ki, çox yarıtmaz yerinə yetirilir. Bəzi poliklinikalarda yoluxucu və parazitar xəstəliklərin aşkar edilməsi üçün aparılan profilaktik müayinələrin nəticələri yalnız pula görə həll edilir.
Beləliklə, əziz oxucular, belə bir vəziyyətdə ayaqüstü, quru, yarımbişmiş "təcili yeməklər"in qəbuluna ehtiyac varmı? Nəhayət, görəsən, Gigiyena və Epidemiologiya Mərkəzləri yoluxucu və parazitar xəstəliklərin qarşısının alınması, yoxsa onların yayılması üçün fəaliyyət göstərirmi? Bu sualın cavabı tapılmayana qədər biz hələ uzun müddət həmin xəstəliklərin "dinamik inkişafı"nın şahidləri və daşıyıcıları olacağıq.

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə HDİM İB-in "İnfeksion xəstəliklərlə mübarizədə əhalinin sanitar-gigiyenik maarifləndirilməsi" layihəsi çərcivədində çap olunur


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo