Azərbaycanın mədəni irsi ilə
bağlı erməni plagiatlığından bəhs edən Azərbaycan, rus və ingilis dillərində
internet saytı yaradılıb. Sözügedən internet resursu “Əqli Mülkiyyətçilərə
Kömək” İctimai Birliyinin həyata keçirdiyi erməni piratçılığının
ifşasına dair layihə çərçivəsində yaradılıb.
“Əqli
Mülkiyyətçilərə Kömək” İB-nin məlumatına görə, Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının
maliyyə dəstəyi ilə yaradılan saytda ermənilərin müxtəlif istiqamətlərdəki
plagiatlıq ənənələrindən bəhs olunan materiallar, nəşrlər yerləşdirilib.
İnternet
resursundan məşhur erməni tarixçiləri, alimləri, yazıçıları, tənqidçilərinin
Azərbaycan xalqının əqli mülkiyyətinin mənimsənilməsinə dair ayrı-ayrı
mənbələrdəki etirafları ilə də tanış olmaq olar.
Avqustun
12-də saaat 12.00-da Atatürk Mərkəzində saytın təqdimat mərasimi keçiriləcək.
Tədbirdə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin, Mədəniyyət və
Turizm Nazirliyi Milli Kulinariya Mərkəzinin nümayəndələri, millət vəkilləri də
iştirak edəcəklər.
Bütün KİV
nümayəndələri mərasimə dəvət olunurlar. Modern.az
Hazırladı: İlkin Muradov
|