“Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)” təsdiq edilib. Bununla bağlı dövlət başçısı İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə həvalə edilib.
Nazirlər Kabinetinə isə 2 ay müddətində dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydası barədə təkliflərini hazırlayıb prezidentə təqdim etmək və bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
|