Axtarış: 
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
+  -  Çap 
Yerləşdirilib: 16.08.10 | Baxılıb: 133
“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli 1057-IIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram: 1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, üç ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanunun 25.10-cu maddəsində nəzərdə tutulmuş fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı qaydalarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. öz səlahiyyətləri daxilində “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 18.2-ci maddəsində, 21.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 25.2-ci, 26.1-ci və 27.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 23.10-cu, 23.11-ci, 25.3-cü, 25.5-ci maddələrində, 25.8-ci maddəsində hər iki halda, 25.10-cu, 26.2-ci və 27.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 4.3-cü maddəsində, 4.7-ci maddəsinin ikinci cümləsində, 4.9-cu, 4.14-cü, 6.8-ci maddələrində, 7.2-ci maddəsinin ikinci cümləsində, 8.1-ci, 17.8-ci, 21.10-cu, 21.11-ci, 21.12-ci maddələrində, 23.14-cü maddəsinin ikinci cümləsində, 25.6-cı maddəsinin ikinci hissəsində, 26.3-cü, 28.1.8-ci maddələrində və 32.3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir;
2.4. həmin Qanunun 1.1-ci maddəsində, 3-cü maddəsində ikinci halda, 4.10-cu, 6.5-ci, 13.1.5-ci, 13.11-ci, 13.12-ci, 13.13-cü maddələrində, 14.4-cü maddəsinin ikinci cümləsində, 17.5-ci maddəsinin birinci cümləsində, 21.7.1-ci maddəsində hər iki halda, 21.7.2-ci maddəsinin ikinci cümləsində, 21.8-ci, 21.9-cu, 21.13.2-ci, 21.16-cı, 21.22-ci, 23.6.2-ci, 23.6.3-cü, 29.1-ci və 32.1-ci maddələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.5. həmin Qanunun 4.4-cü, 4.15-ci maddələrində, 15.1-ci maddəsinin birinci və ikinci cümlələrində, 16.5-ci, 22.2-ci maddələrində, 25.6-cı maddəsinin birinci hissəsində, 26.5-ci, 31.1.7-ci, 33.1.8-ci və 35.1-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini, 4.13-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi öz səlahiyyətləri daxilində həyata keçirirlər;
2.6. həmin Qanunun 3-cü maddəsində birinci halda, 6.1-ci maddəsində, 13.9-cu maddəsinin birinci hissəsində, 18.3-cü, 21.5-ci, 21.21-ci maddələrində, 23.2-ci maddəsinin ikinci cümləsində, 23.3-cü maddəsində və 32.3-cü maddəsinin birinci hissəsinin ikinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.7. həmin Qanunun 21.7.2-ci maddəsinin birinci cümləsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi nəzərdə tutulur;
2.8. həmin Qanunun 24.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu həyata keçirir;
2.9. həmin Qanunun 25.4-cü maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 avqust 2010-cu il.

AzərTac



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo