BMT-nin ardınca daha bir nüfuzlu beynəlxalq qurum martın 21-ni Beynəlxalq Novruz Günü kimi təsdiq edib. APA-nın AzərTac dövlət agentliyinə istinadən verdiyi xəbərə görə, BMT-dən sonra ATƏT belə bir addım atıb. Xatırladaq ki, fevralın 24-də BMT Baş Məclisi “Beynəlxalq Novruz Günü” barədə qətnamə qəbul edib.
Qətnamədə deyilir ki, qurum martın 21-ni Beynəlxalq Novruz Günü kimi tanıyır və üzv dövlətləri bu qədim bayram barədə məlumatın yayılmasına səy göstərməyə çağırır.
BMT-nin baş katibi Pan Gi Mun Baş Məclisin qərarı ilə bağlı bundan əvvəl yayılmış müraciətində demişdi: “Baş Məclisin Beynəlxalq Novruz Gününün tanınması barədə qərarı həmin bayramın təkcə regionlarda deyil, həm də bütün dünyada əhəmiyyətinin artdığını göstərir”.
|