Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili
Mehriban Əliyevanın doğum günüdür. Mehriban Arif qızı
Əliyeva Bakı şəhərində anadan olub. 1982-ci
ildə Bakı şəhəri 23 ¹-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov
adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə
daxil olub.
Apa-nın məlumatına görə, 1988-ci ildə M. Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu
fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik
Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda
işləyib.
1995-ci
ildə Mehriban Əliyevanın təşəbbüsü ilə hal-hazırda onun rəhbərlik etdiyi
Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub. 1996-cı ildə Mehriban
Əliyeva Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədilə üç dildə
(Azərbaycan, ingilis və rus) çap olunan “Azərbaycan - İrs” jurnalını təsis
edib.
2002-ci
ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib.
Mehriban
Əliyeva, həmçinin Heydər Əliyev Fonduna rəhbərlik edir. 2004-cü il may ayının
10-da fondunun rəsmi açılışı olub.
2004-cü
il avqustun 13-də Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin
qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsindəki fəaliyyətinə görə,
Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfiri adına layiq görülüb.
2004-cü
il dekabrın 28-də Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya
Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv
seçilib.
2005-ci
ildə Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən Mehriban Əliyeva “İlin
qadını” adına layiq görülüb. 2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və
xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin
dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun
möhkəmlənməsinə sanballı töhfələrinə görə Rusiyanın “Yüzilliyin mesenatları”
Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
2005-ci
ildə fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
2004-cü
ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 2005-ci il noyabrın
6-da Milli Məclisə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası
tərəfindən 14 saylı Əzizbəyov II Seçki Dairəsindən irəli sürülmüş Mehriban
Əliyeva 92.12% (23106 səs) səs toplayaraq deputat seçilib.
Milli
Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu ölkəmizin təhsil
sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub
saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət
imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya
çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə,
genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban Əliyevanı “2005-ci ilin
adamı” elan edib.
Sivilizasiyalararası
dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin
yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə
görə Mehriban Əliyeva 2006-cı il noyabrın 24-də İSESCO-nun xoşməramlı səfiri
adına layiq görülüb.
Dünya
Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da
Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Mehriban Əliyevaya
ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna
xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatı verilib.
Genişmiqyaslı
xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində
yüksək nailiyyətlərinə görə 2007-ci ilin mayında Mehriban Əliyeva “Qızıl ürək”
beynəlxalq mükafatına layiq görülüb.
Mehriban
Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına
verdiyi töhfəyə görə 14 sentyabr 2009-cu ildə Polşa Respublikasının “Xidmətlərə
görə” Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.
10
fevral 2010-cu il tarixdə isə Fransa Prezidentinin sərəncamı ilə “Fəxri
legionun böyük xaç komandoru” ordeni ilə təltif olunub.
Ailəlidir,
iki qızı, bir oğlu, iki nəvəsi var.