APA-nın Kremlin mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, səfər sentyabrın 2-3-də gerçəkləşəcək. Dmitri Medvedevin Azərbaycana səfəri zamanı iki ölkə arasında dövlət sərhədi barədə müqavilə imzalanması planlaşdırılır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki,
bu səfərin əsas mövzusu dövlət sərhədi barədə müqavilənin və bu sənədlə bir paketdə olan Samur çayının su resurslarının rasional istifadəsi barədə sazişin imzalanması olacaq. Səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri də müzakirə olunacaq: “Ümumdünya böhranına görə iki ölkə arasında azalmış ticarət dövriyyəsi yenidən artmağa başlayıb. Sənaye, nəqliyyat və bank sahələrində uğurla həyata keçirilən yaxşı sərmayə layihələri var. Prezidentlər bu sahələrdəki işlərin vəziyyətini prinsipial nəzərdən keçirəcəklər və lazım olduğu təqdirdə onlara siyasi təkan verəcəklər”. Hazırladı Natiq
|