Axtarış: 
Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini qəbul edib
+  -  Çap 
Yerləşdirilib: 31.08.10 | Baxılıb: 104
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib. Bu barədə məlumatı AzərTAc dövlət agentliyi yayıb. Müqəddəs Ramazan ayı münasibətilə görüş iştirakçılarına xoş arzularını bildirən dövlət başçısı onlardan səmimi salamlarını və təbriklərini təmsil etdikləri ölkələrin dövlət və hökumət başçılarına çatdırmağı xahiş edib.

Ramazan ayının dünyada yaşayan bütün müsəlmanların birliyini təcəssüm etdirdiyini vurğulayan Prezident İlham Əliyev islam ölkələri arasında dostluq və qardaşlıq münasibətlərinin, islam həmrəyliyinin daha da möhkəmləndirilməsinin vacibliyini söyləyib. Azərbaycanda müsəlman ölkələrinin səfirliklərinin sayının artmasının əhəmiyyətini qeyd edən dövlət başçısı respublikamızın da müsəlman dövlətlərində səfirliklərinin sayının getdikcə artdığını deyib.

Azərbaycan ilə islam ölkələri arasında ikitərəfli və beynəlxalq səviyyədə uğurlu əməkdaşlıqdan danışan Prezident İlham Əliyev İslam Konfransı Təşkilatının xətti ilə Bakıda bir sıra mötəbər tədbirlərin keçirdiyini qeyd edib. Bakının 2009-cu ildə islam mədəniyyətinin paytaxtı seçildiyini diqqətə çatdıran dövlət başçısı ölkəmizin islam həmrəyliyinə töhfələrini əsirgəmədiyini bildirib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev problemin nizama salınması ilə bağlı islam ölkələrinin ədalətli mövqe nümayiş etdirdiklərini də deyib. Münaqişənin ölkəmizin ərazi bütövlüyü və beynəlxalq hüquq normaları əsasında həllinə əminliyini vurğulayan dövlət başçısı bir daha beynəlxalq birliyi işğalçı Ermənistana qarşı təzyiqləri gücləndirməyə çağırıb.

Qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibətilə təmsil etdikləri ölkələrə sülh və firavanlıq arzulayan Prezident İlham Əliyev bir daha görüş iştirakçılarına xoş arzularını çatdırıb.
  
Özbəkistanın səfiri İsmatilla Yerqaşev müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və diplomatik nümayəndəliklərinin rəhbərləri adından Prezident İlham Əliyevi və xalqımızı təbrik edib, sülh və firavanlıq arzulayıb. O, müqəddəs Ramazan ayı münasibətilə dövlətimizin başçısı ilə görüşün ənənəvi xarakter almasının əhəmiyyətini vurğulayıb. Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlarda xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətlərini vurğulayan səfir bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və balanslaşdırılmış siyasət nəticəsində ölkəmizin mövqelərinin dünyada durmadan möhkəmləndiyini qeyd edib. İsmatilla Yerqaşev Azərbaycanın Cənubi Qafqazda sabitlik və dinamik inkişafı təmin edən ölkə olduğunu deyib. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə müsəlman ölkələrinin mövqeyinin dəyişməz olduğunu vurğulayıb.

İslam Konfransı Təşkilatında fəal mövqeyi ilə seçilən Azərbaycanın dini tolerantlıq və sivilizasiyalararası dialoqun bariz nümunəsi olduğunu deyən səfir bir daha xalqımıza və dövlətimizin başçısına ən xoş arzularını çatdırıb.

Görüşdən sonra xatirə şəkli çəkdirilib.


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo