Axtarış: 
Azərbaycana yaxınlaşan Qərbi Nil xəstəliyi nədir?
+  -  Çap 
Yerləşdirilib: 03.09.10 | Baxılıb: 173
Azərbaycanın şimal sərhədlərində yeni bir yoluxucu xəstəlik yayılmaqdadır. Bu, Qərbi Nil qızdırma xəstəliyidir. Xəstəlik Rusiyanın cənubunda özünə yol tapıb. Bunun nəticəsində iyulun 16-dan sentyabrın 1-dək Rusiyanın Volqoqrad vilayətində 206 nəfər sözügedən xəstəliyə yoluxub. Lent.az-ın "Rosbalt" agentliyinə istinadən verdiyi məlumata görə, xəstələrin sayı hər gün orta hesabla 10-20 nəfər artır. 


Artıq Volqoqrad vilayətində 6 nəfər xəstəliyin qurbanı olub. Yoluxma hallarına Volqoqrada yaxın ərazilərdə - Həştərxan, Voronej və Rostov vilayətlərində də rast gəlinib. Ümumiyyətlə, verilən məlumatlara görə, virus Rusiyanın cənub vilayətlərində daha sürətlə yayılır və Azərbaycan sərhədlərinə yaxınlaşır. Bu isə təhlükənin artıq yaxın zamanlarda bizi də öz ağuşuna ala biləcəyi ehtimalını artırır. Belədə, vəziyyətdən çıxış olaraq, indidən önləyici tədbirlərin, əhali arasında maarifləndirmə işlərinin 

  aparılması vacibdir ki, təhlükə anında insanlar prosesə hazır olsun. 

  Qeyd edək ki, öldürücü təhlükəyə malik virus adi ağcaqanadlar vasitəsilə yayılır. Virus beyin və əsəb sistemini sıradan çıxarır. Xəstəliyə qarşı dərman isə hələlik, təəssüf ki, yoxdur. Virusun inkişaf dövrü 5 gündür. Yoluxan şəxsin hərarəti sürətlə yüksəlir. Virus uşaqlar və 50 yaşdan yuxarı şəxslər üçün daha təhlükəlidir. Təhlükənin ciddi olduğunu nəzərə alaraq, virusun xüsusiyyətləri və ondan hansı vasitələrlə qorunmağın mümkünlüyü barədə daha geniş məlumat almaq üçün mütəxəssislərə müraciət etdik. 

  Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, bu həm qızdırma, həm də yuxarı tənəffüs yollarının iltihabı ilə müşayiət olunan bir xəstəlikdir: "Burada söhbət virus infeksiyasından gedir. Amma konkret olaraq, tam dəqiq identifikasiya olunan variantdan söhbət getmir. Yalnız o halda xəstəliyə geniş şərh vermək olar. Ümumiyyətlə, bu, dünyada mövcud olan dörd karantin infeksiyadan biridir. Bunlar taun, təbii çiçək, sarı qızdırma və vəbadır. Hazırda təbii çiçək sıradan çıxıb, onun artıq kökü kəsilib. İndi onun yerini qrip tutur. Qrip də ayrı-ayrı illərdə müxtəlif simptomları ilə ortaya çıxıb. Yəqin ki, bir neçə günə müvafiq tibbi strukturlar məsələ ilə bağlı daha dəqiq açıqlama verəcək. Onun əsasında da xəstəliyin törədicisi və gedişi haqda daha dəqiq məlumat vermək mümkün olacaq". Ekspert bildirdi ki, bu xəstəlik də hava-damcı yolu ilə yayılır: "Belə yolla yayılan infeksiyalardan müdafiə olunmaq çətindir. Ümumiyyətlə, profilaktik tədbirlərin əsas istiqaməti xəstəliyə yoluxanların yataq rejiminə keçirilməsindən ibarətdir. Onlar çölə buraxılmamalı, müalicə olunmalıdır. Belə xəstəliyə tutulanların olduğu yerlərdə o çox asanlıqla yayılır. Hava-damcı yolu ilə yayılan infeksiya qısa zamanda epidemiya, pandemiya yarada bilər. Virusun yayılma intensivliyi də dəqiq bilinmir. Amma hər halda, istənilən situasiyada virusla bağlı müvafiq karantin tədbirləri görülməlidir. Səhiyyə Nazirliyi, Sanitar Epidemiologiya İdarəsi və digər müvafiq strukturlar prosesi nəzarətdə saxlamalıdır. Məktəblərdə, əhalinin kütləvi toplaşdığı digər məkanlarda belə təmaslar maksimum məhdudlaşdırılmalıdır. Milli genaofondla bağlı məsələlərdə həmişə ümumi bir dövlət tədbiri görülməlidir. Burada müvafiq icra strukturları işə cəlb edilməli, onun həyata keçirilməsinə yardımçı olmalıdır". Həmsöhbətimizin sözlərinə görə, indi təhlükə olsa da, ölkəmizdə bu vaxta qədər belə xəstəliyə tutulma halları müşahidə olunmayıb: "Azərbaycanda ayrı-ayrı vaxtlarda ümumi dünyada baş verən xəstəliklər olub. Bu xəstəlik haqqında isə məlumat yoxdur. Amma Azərbaycan vərəmin müalicəyə tabe olmayan formasına görə dünyada birinci yeri tutur. Bu reallıqdır və çox qorxulu situasiyadır". 

  "Rusiyada 200-dən çox insanın yoluxduğu Qərbi Nil qızdırmasının Azərbaycanda yayılması üçün şərait olmadığından, xəstəliyin ölkədə baş vermə ehtimalı yoxdur". Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov "OLAYLAR"a açıqlamasında belə deyib. Ş.Qurbanovun sözlərinə görə, xəstəlik köçəri quşlar, ağcaqanadlar, gənələr və gəmiricilər vasitəsilə yayılır. Hazırda ölkədə yüksək temperaturda inkişaf edən bu virus olmadan onun yayılması mümkün deyil: "Hazırda köçəri quşların isti ölkələrə getmək mövsümü deyil. Quşların Azərbaycana gəlmək dövrü çatanda isə ölkədə ağcaqanadlar qırılacaq. Buna görə də xəstəliyin yayılma risqi yoxdur". Ş.Qurbanov 1970-ci illərdə Qızılağac Qoruğunda aparılan araşdırmalar zamanı ölkədə bu xəstəliyin törədicisi olan virusun aşkarlandığını da bildirib. Xəstəliyin əlamətlərinə gəlincə isə, Ş.Qurbanov deyib ki, xəstəliyə yoluxan insanda qısa vaxt ərzində temperatur 38-40 dərəcəyə yüksəlir. Xəstəliyin inkubasiya dövrü 2-gündən 3 həftəyədək davam edir. Qızdırma 5-7 gün davam edir, daha çox şiddətli baş və göz ağrıları baş verir. 

  Məsələyə Səhiyyə Nazirliyinin də münasibətini öyrənməyə çalışdıq. Amma gün ərzində dəfələrlə telefon açsaq da, qurumun mətbuat xidmətindən zəngimizə cavab verən tapılmadı.Bakı Xəbər qəzeti


Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo