Axtarış: 
Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın ölkəmizdə yeni təyin olunmuş səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul etmişdir
+  -  Çap 
Yerləşdirilib: 06.09.10 | Baxılıb: 153
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Arjen Peter Uijterlindenin etimadnaməsini qəbul etmişdir. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Arjen Peter Uijterlinde etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Dövlətimizin başçısı səfir Arjen Peter Uijterlindenin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Niderland Krallığı arasında ikitərəfli münasibətlərin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycan Respublikasının Niderland Krallığı ilə münasibətlərin inkişafında maraqlı olduğunu deyən Prezident İlham Əliyev bunun üçün yaxşı potensialın olduğunu qeyd etdi. Hər iki ölkədə tam həə diplomatik nümayəndəliklərin fəaliyyət göstərməsinin önəmini vurğulayan dövlətimizin başçısı ikitərəfli layihələrə biznes ictimaiyyətinin də böyük maraq göstərdiyini dedi. Avropa İttifaqı-Azərbaycan münasibətlərinin ikitərəfli əlaqələrimizin tərkib hissələrindən biri olduğunu vurğulayan Prezident İlham Əliyev münasibətlərimizin bir çox sahələri əhatə edəcəyinə əminliyini ifadə etdi.
Səfir Arjen Peter Uijterlinde Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Arjen Peter Uijterlinde son illər ikitərəfli münasibətlərimizin inkişafında böyük tərəqqinin müşahidə olunduğunu, qarşılıqlı səfərlərin artdığını dedi.
Dövlətimizin başçısı Niderland Kraliçası Ülyahəzrət Beatriksin ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da ən xoş arzularını Kraliçaya və ölkəsinin liderlərinə çatdırmağı xahiş etdi.

AzərTAc



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo