Axtarış: 
Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
+  -  Çap 
Yerləşdirilib: 07.09.10 | Baxılıb: 124
Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram: 1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

1.1. Doktorantlara – 100 manat

1.2 Ali təhsil müəssisələrində:
adlı təqaüd alan tələbələrə – 100 manat
magistr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 85 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 70 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 45 manat
bakalavr pilləsi üzrə:
əla qiymətlərlə oxuyan tələbələrə – 80 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 65 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 40 manat

1.3 Orta ixtisas təhsili müəssisələrində:
əla qiymətlərlə oxuyan tələbələrə – 40 manat
əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə – 35 manat
yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə – 30 manat

1.4 İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə – 30 manat
2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.
3. “Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 12 sentyabr tarixli 3042 nömrəli Sərəncamının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Bu Sərəncam 2010-cu il sentyabrın 1-dən qüvvəyə minir.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2010-cu il.

AzərTac



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo