Axtarış: 
Prezident İlham Əliyev Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabulda evləri dağılan vətəndaşlar üçün yeni tikilən mənzillərin açılışında iştirak edib
+  -  Çap 
Yerləşdirilib: 07.09.10 | Baxılıb: 157
Kür çayının daşması nəticəsində yaranan təbii fəlakət zamanı Hacıqabul rayonunun Meyniman kəndi ərazisində evləri dağılan vətəndaşlar üçün yeni mənzillər tikilib istifadəyə verilmişdir.
Sentyabrın 7-də yeni mənzillərin orderləri sahiblərinə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı əvvəlcə təbii fəlakət nəticəsində dağılan evlərin və yeni mənzillərin fotolarına baxdı.
Prezident İlham Əliyev kənd sakini Mərhəmət Yaqubovun mənzilində oldu, burada yaradılan şəraitlə maraqlandı. Dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq yeni evlər bütün zəruri avadanlıqla təchiz edilmişlər.
Məlumat verildi ki, Kür çayının məcrasından çıxması nəticəsində Hacıqabul rayonunun Meyniman kəndində 35 ev tamamilə uçmuş, 64 ev qəzalı vəziyyətə düşmüşdü. Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, digər kənd və qəsəbələrlə yanaşı, meynimanlıların da problemləri diqqətdə saxlanıldı. Uçmuş evlərin yerində 22 ev tikildi. Bu evlərdə zəruri infrastrukturun yaradılması, həyətyanı sahələrin normal vəziyyətə gətirilməsinə xüsusi diqqət yetirildi. Müasir üslubda tikilən evlərdən 15-i ikiotaqlı, 3-ü üçotaqlı, 4-ü isə dördotaqlıdır. Dağılmış evlərin ümumi sahəsi 1539 kvadratmetr olduğu halda, yeni evlərin ümumi sahəsi 2150 kvadratmetrə bərabərdir. Hazırda kənddə yeni evlərin inşası davam edir. Bununla yanaşı, kənddəki 21 evdə bərpa-gücləndirmə işləri aparılır. 43 evdə cari təmir işləri aparılması üçün ziyan çəkmiş sakinlərdən 110 nəfərinə 109 min manatdan çox yardım verilmişdir. Həmçinin daşqın nəticəsində Meyniman kəndinin dağılmış infrastrukturunun yenidən qurulması istiqamətində də iş gedir. Kəndə yeni yol çəkilir.
Yeni evlərin sahiblərini təbrik edən Prezident İlham Əliyev mənzillərin orderlərini və açarlarını sahiblərinə təqdim etdi.
Kənd sakini Talıb Hüseynov və Safuraxanım Gözəlova onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etdilər.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo