qhtxeber.az// “Sağlam İnkişaf və
Maarifləndirmə” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə Qarabağın ekologiyası haqqında
sayt hazırlanır. Bu barədə qhtxeber.az-a açıqlama verən “Sağlam İnkişaf və
Maarifləndirmə” İctimai Birliyinin Anar Xəlilov bildirib
ki,
hələlik
domeyn alınmasa da, çox güman, sayt karabakhekoloji
adlanacaq. A.Xəlilovun sözlərinə görə,
bu işdə onlara Qarabağın Regional Ekologiya İdarəsinin, Zəngilan Bəsitçay
Qoruğunun əməkdaşları, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Kitabxana,
Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri və bu işlə məşğul olan
ekspertlər lazımı kömək edirlər: “Hazırda materialları yığır, əhalidən o zaman
çəkdirdikləri fotoşəkilləri toplayırıq.
Bununla bağlı elan vermiş, müəyyən qədər şəkil də əldə etmişik”.
Təşkilat
sədrinin sözlərinə əsasən, saytda Laçın,
Kəlbəcər rayonları, Daşaltı, Şuşa, Turşsu Yataqlıqları, Qaragöl və Bəsitçay
Dövlət Qoruqları, Qırmızı kitaba düşmuş heyvanat aləmi, bir sözlə Qarabağın flora
və faunası, təbii suları, atmosferi, iqlimi, relyefi haqqında məlumatlar ətraflı
yer alacaq. O bildirib ki, bu istiqamətdə işlərin demək olar ki, 70 faizi
hazırdır.
Qeyd edək ki, sayt Azərbaycan,
rus və ingilis dillərində olacaq. Hazırda saytın tərtibatı üzərində işlər gedir
|