qhtxeber.az//
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)
müqəddəs Ramazan Bayramı münasibətilə qeyri-hökumət təşkilatları sektorunun
təmsilçilərini ürəkdən təbrik edib. Bu barədə qhtxeber.az-a AVCİYA-nın eksperti
Vüqar Tofiqli məlumat verib.
Onun sözlərinə görə, ünvanlanan təbrik məktubunda QHT-çilərə xoş güzəran
və əmin-amanlıq arzulanıb. Təbrikin sonunda deyilir: “Bu mübarək Ramazan günlərində
bütün xeyrli niyyətlərinizin, dualarınızın çin olmasını Uca Yaradandan diləyirik”.
|