Heydər Əliyev Fondu və ABŞ Konqresinin kitabxanası
arasında əməkdaşlıq haqqında memorandum imzalanacaq. Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban Əliyeva ilə
ABŞ
Konqresi kitabxanasının direktoru Ceyms Billinqtonun başçılıq etdiyi nümayəndə
heyətinin görüşü zamanı bununla bağlı razılıq əldə olunub.
Heydər
Əliyev Fondu ilə ABŞ Konqresinin kitabxanası arasında əməkdaşlıq çərçivəsində
Azərbaycanda əlyazmaların rəqəmsal formata çevrilməsi üçün birgə işlər
aparılacaq. Bu əlyazmalar dünya rəqəmsal kitabxanasının saytında
yerləşdiriləcəkdir. Bundan sonra dünya ictimaiyyəti bu əlyazmalardan istifadə
edə biləcək. anspress
|