Gələn ilin aprel ayında Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Bu barədə məlumatı Azadinform-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər.Forumla bağlı YUNESKO, Avropa Şurası, BMT-nin Sivilizasiyalar Alyansı,
Avropa Şurasının Şimal-Cənub Məkəzi və nazirliyin nümayəndələrindən ibarət işçi qrup müvafiq sənədləri hazırlayır. 13-14 sentyabr tarixində Fransanın Paris şəhərində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu İşçi Qrupunun növbəti iclasının keçirilməsi nəzərdə tutulub. Növbəti günlərdə forumla bağlı YUNESKO Katibliyi, Fransa rəsmiləri ilə müzakirələrin aparılması, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin YUNESKO-nun Qeyri-maddi irsin reprezentativ siyahısına daxil edilməsi və Azərbaycan nümayəndəsinin YUNESKO qeyri-maddi irs üzrə Komitəsində işləməsi üçün namizədliyinin təqdim edilməsi müzakirə olunacaq. Bununla əlaqədar olaraq mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti 12-17 sentyabr tarixində Parisdə səfərdə olacaq.
|