Axtarış: 
Avropa Tələbələr Birliyi üçün Azərbaycanda vətəndaş cəmiyyəti, gənclər hərəkatı siyasəti maraq doğurub
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 164
qhtxeber.az// Azərbaycan Tələbələr Birliyinin dəvətilə Avropa Tələbələr Birliyinin nümayəndələrinin ölkəmizə səfəri davam etməkdədir. Səfər proqramına uyğun olaraq bu gün qonaqlarla Açıq Cəmiyyət İnstitutu Yardım Fondunda görüş təşkil edilib. Azərbaycan Tələbələr Birliyinin nümayəndəsi Fəxrəddin Həsənzadənin qhtxeber.az-a verdiyi xəbərə görə, görüşdə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun icraçı direktoru Fərda Əsədov və gənclər proqramının əlaqələndiricisi Şəms Əsgərova iştirak edib. Görüş zamanı Azərbaycanda vətəndaş cəmiyyəti, gənclər hərəkatı, Fondun gənclər və tələbələr sahəsindəki siyasəti müzakirə olunub. Həmçinin, Fondun gələcəkdə tələbə hərəkatına verə biləcəyi töhfə də əsas müzakirə obyektinə çevrilib.
F.Həsənzadə onu da bildirib ki, görüşdə Fondun Azərbaycan Tələbələr Birliyi ilə əməkdaşlıq perspektivlərinə də toxunulub.
Qeyd edək ki, bu gün qonaqların Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi və tələbələri, Xəzər Universitetinin rəhbərliyi və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.




Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo