Axtarış: 
“Fəal Vətəndaşlar” proqramında iştirak etmək üçün ərizə qəbuluna start verildi
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 102
Böyük Britaniyanın British Council təşkilatı Ümidli Gələcək Gənclər Təşkilatının tərəfdaşlığı və Azərbaycanın Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Fəal Vətəndaşlar” proqramını elan etmişdir. Layihə çərçivəsində mədəniyyətlərarası dialoq, bərabərlik, qlobal icma sistemlərinin tərtibi və həyata keçirilməsi mövzusunda təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur.
British Councildən AzərTAc-a bildirmişlər ki, proqram daxilində ilk təlim Azərbaycanda gənclərlə işləyən təşkilatlar üçün açıq elan olunmuşdur. Təlimlər 2010-cu ilin oktyabrından başlayacaqdır. Nəzərdə tutulan tədbirlər Azərbaycanın müxtəlif bölgələrində dekabra kimi davam edəcəkdir. Layihə Azərbaycanın şəhər və rayonlarının inkişafında fəal rol oynayan 18-35 yaşlı gəncləri cəlb edəcəkdir. Təlimdən sonra “Fəal Vətəndaşlar” proqramının təlimçiləri mədəniyyətlərarası dialoq və qlobal vətəndaşlığı təbliğ edərək öz layihələrinin tərtib edilməsi və həyata keçirilməsi üçün icmalarından olan iştirakçılara təlimlər keçəcəklər.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo