Axtarış: 
Səfirliyimizin müdaxiləsindən sonra ARTE kanalında Dağlıq Qarabağla bağlı filmin nümayişi dayandırılıb
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 104
Fransanın ARTE kanalında “Dünyanın bütün dağları” silsilə verlişləri çərçivəsində “Dağlıq Qarabağ: Gomehassar” adlı sənədli film nümayiş etdirilib. Xarici İşlər Nazirliyindən Azadinform-a verilən məlumata görə,sənədli filmdə kanalın müxbirləri Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ regionuna qanunsuz səfər edərək yerli əhalidən müsahibə götürüb, əhalinin pis vəziyyətdə yaşamasını, lakin tezliklə bu regiona sülhün gəlməsini arzu etdiyini göstərib.

Sənədli filmin Kütləvi İnformasiya Vasitələrində işıqlandırılmasına qarşı səfirliyimiz dərhal ARTE televiziya kanalının rəhbərliyinə etiraz məktubu ünvanlayıb. ARTE kanalının prezidenti Jerom Kleman səfirliyimizə göndərdiyi cavab məktubunda “Dünyanın bütün dağları” silsilə verilişlərinin məqsədinin heç də dağlıq regionların geosiyasəti ilə məşğul olmaq olmadığı, sadəcə mənzərənin, ənənələrin, mifologiyanın və ya yerli inkişafın əsas meyarlarının işıqlandırılması olduğunu qeyd edib, Dağlıq Qarabağla bağlı verilişdə məsələnin bütün aspektlərini qısa vaxt ərzində verilməsinin qeyri mümkün olduğu vurğulanıb. Məktubda bu qondarma qurumun beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığının və müvəqqəti atəşkəs rejiminin hökm sürdüyünün filmin şərhində xüsusi vurğulandığı qeyd edilib, bunun təbliğat filmi olmadığı, Fransız hökumətinin bu məsələyə dair rəsmi mövqeyindən xəbərdar olduqları və heç bir tərəfin mövqeyindən çıxış etmədikləri bildirilib. Səfirliyin operativ reaksiyasından sonra kanal rəhbərliyi filmin yenidən nümayişini dayandırıb, daha sonra isə filmin internetdə baxılması imkanları məhdudlaşdırıb.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


Səba Ağayeva  Trend -in Azərbaycan redaksiyasının direktor müavini

Türkiyədəki həmkarlarıma açıq məktub


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo