qhtxeber.az//
Azərbaycan Respublikasının
Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının bu
ilin noyabr ayında “Vətəndaş cəmiyyətinin inkişafı və QHT-lərin dövlət tərəfindən
maliyyələşdirilməsi: qazanılmış təcrübə və yeni imkanlar” mövzusunda keçirəcəyi beynəlxalq konfransın işçi
qrupunun növbəti toplantısı keçirilib.
Bu barədə qhtxeber.az-a QHT-lərə Dövlət Dəstəyi Şurasından məlumat
verilib.
Məlumata əsasən, toplantıda konfransla bağlı indiyədək görülmüş işlər
haqqında məlumatlar dinlənilib, konfransa təqdim olunacaq bir sıra texniki
sənədlərin müzakirəsi aparılıb.
İclasda Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzin baş hüquqşünası
Məhəmməd Quluzadə, Vətəndaş Cəmiyyəti Layihəsinin ölkə üzrə direktor müavini
İlqar Ağasıyev, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin layihə meneceri Ülvi
İsmayıl, Xarici İşlər Nazirliyinin nümayəndəsi Vüqar Hacıyev, Şuranın icraçı
direktoru Fərasət Qurbanov və başqaları iştirak ediblər.
Müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub.
|