Axtarış: 
QHT “Ağsu möcüzəsi”nin öyrənilməsinə həsr olunan konfransa təşkilatçılıq edəcək
+  -  Çap 
Yerləşdirilib: 08.09.10 | Baxılıb: 112
Sentyabrın 14-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Ağsu şəhərində arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemi” mövzusunda elmi-nəzəri respublika konfransı keçiriləcək. SİA-nın məlumatına görə, konfransdan öncə “Ağsu möcüzəsi” sərgisinin açılışı, həmçinin “Ağsu şəhəri orta əsrlərdə” kitab-albomunun II buraxılışının təqdimatı keçiriləcək.

Konfransa təqdim edilən məruzələr Ağsuda aparılan arxeoloji tədqiqatlar və Azərbaycanda son orta əsr şəhər problemninin öyrənilməsi, Azərbaycan-Avropa əlaqələri, Ağsuda sikkə zərbi və pul tədavülü, daş məmulatı və daşişləmə sənəti, Azərbaycan Şərq-Qərb ticarət əlaqələrinin qovşağında və başqa mövzuları əhatə edir.

Qeyd edək ki, Ağsu şəhərində aparılan arxeoloji tədqiqatlar və Azərbaycanın son orta əsr şəhərlərinin öyrənilməsindəki ümumi problemlərin müzakirəsinə həsr olunmuş konfransın təşkilatçıları AMEA Milli Azərbaycan Tarixi Muzeyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Ağsu arxeoloji ekspedisiyası və “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyidir.



Şərh əlavə etmək
Adınız:
Başlıq:
 Şəkli təzələmək:  
Kod:  

Çox oxunan
 
Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
Bizim banner
kod almaq:
 


Müzakirə
 
QHT TV
 
Köşə
Faiq İsmayılov

Həlli mümkün olmayan cazibəli ideya


İlham Quliyev
İlham Quliyev
(01.02.12)
Dünyanın ən hündür binası və ya 125 milyard dollarlıq xəbər yanlışlığı 



  Vüqar Tofiqli,  Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru
Gəlin, vətəndaş olaq



Əkrəm Bəydəmirli Bir azdan sükut pozula bilər


 
Arxiv
« Fev.2012
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
Axtarış

 
 
Baş redaktor Səfər Alışarlı
© 2012 www.qhtxeber.az
Powered by Danneo